Alliance Logistics

Aparıcı mühasib

1700 ₼
Tam iş günü
Bakı, Azərbaycan
22.08.23 - 21.09.23

İş haqqında məlumat

  • Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunun təşkil edilməsi;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsinin həyata keçirilməsi;
  • E-Qaimə faktura və hesab fakturaların yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar və idxal olunan malların maya dəyərinin hesablanması; 
  • Tələb olunan daxili hesabatların hazırlanması və təqdim olunması;
  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
  • Debitor və kreditorlarla qarşılıqlı üzləşmələrin aparılması;
  • Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi;
  • İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi;
  • Aylıq maliyyə hesabatlarının hazırlanması və vaxtında təhvil verilməsi;
  • Gəlirləri və xərcləri təsdiq edən ilkin uçot sənədlərinin tərtib olunması;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00;
  • İş yeri: Port Baku Towers.

Tələblər

  • Təhsil: Ali (mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya digər əlaqəli sahə üzrə);
  • Təcrübə: Minimum 5 il;
  • Kompüter bacarıqları: MS Office proqramlarında sərbəst işləmək bacarığı, 1C sistemini yüksək şəkildə bilmək, e-gov.az, e-taxes.gov.az portallarından istifadə etmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan və rus dillərində səlis ünsiyyət bacarığı, ingilis dilini bilmək əlavə üstünlükdür;
  • Yüksək analitik, idarəetmə və ünsiyyət bacarıqlarına malik olmaq.


Oxşar vakansiyalar