Bakı,
Azərbaycan
23.05.23
-
22.06.23
İş haqqında məlumat
- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar;
- Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi;
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Mövcud hazır mal-materialın maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanması;
- Məhsullar üzrə mal-materialın maya dəyərlərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə müqaisənin aparılması;
- Aylıq faktiki göstəricilərlə (sərfiyyat və itki) planlaşdırılmış göstəricilərin müqaisə olunması;
- Aylıq istehal olunmuş məhsulların maya dəyərlərinin düzgün formalaşmasının təmin edilməsi;
- Ay sonu istehsal sahəsində çalışan işçilərin əmək haqqlarının və kommunal xərclərinin müəyyənləşdirilməsi və sistemə daxil edilməsi;
- Aylıq istehsal edilmiş məhsulların tam maya dəyərinin formalaşdırılması;
- İstehsal sahələri tərəfindən yazılmış əməliyyatların mütəmadi olaraq sistemdə yoxlanılması və sənədlərin təmin etməli;
- Gündəlik istehsalla bağlı yaranan sualların cavablandırılması;
- Mühasibatlıq sənədlərinin olduğu kimi qorunub saxlanmasını təmin etməli, müəyyən olunmuş qaydaya əsasən onların arxiv ötürülməsini həyata keçirməli;
- Aidiyyatı sahə üzrə rəhbər şəxslərin digər tapşırıqlarını həyata keçirməlidir;
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: 6 günlük;
- İş saatı: 09:00 - 17:00;
- İş yeri: Sabunçu rayonu Ramanı qəsəbəsi.
Tələblər
- Təhsil: Ali (iqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə);
- Təcrübə: İstehsal sahələrində 3 il;
- Kompüter bacarıqları: 1C sistemi üzrə bilik və təcrübələri olmalı, MS Excel üzrə mükəmməl biliklərə sahib olmalı;
- Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə mükəmməl biliklərə sahib olmalı;
- Müvafiq sahə üzrə sertifikatları olmalı;
- Mühasibat qaydaları və vergi qanunvericiliyi biliyinə sahib olmalı.
Mühasib
Dizayn