Sumqayıt,
Azərbaycan
30.09.24
-
30.10.24
İş haqqında məlumat
- 1C proqramında mühasibat uçotunun avtomatlaşdırılmasının tətbiqi;
- Qaimə-fakturanın tərtib olunması, göndərilməsi və satılmış malların reyestrinin təşkili;
- Gündəlik qaimə və qəbzlərin işlənməsi və mühasibat proqramına köçürülməsi;
- Şirkətin mühasibatlığa aid tələb edilən sənədlərinin hazırlanıb, işlənməsi;
- Ödəniş üçün daxil olan sənədlərin yoxlanması, işlənilməsi və arxivləşdirilməsi;
- İnventarlaşdırmada iştirak edilməsi;
- Alış və satış (nomenklatura üzrə), bank, kassa, əməkhaqqı hesablanması əməliyyatlarının 1C Mühasibat proqramına daxil etməsi;
- Hesabat üçün məlumatların hazırlaması, mühasibat sənədlərinin qorunmasına nəzarətin edilməsi;
- Gündəlik və aylıq hesabatların tərtib edilərək hesablar planına uyğun müxabirləşmələr edilməsi;
- Debitor və kreditor borclara nəzarət, mühasibat uçotu hesablarında düzgün əks etdirilməsinin təmin edilməsi;
- Müştəri borcları ilə bağlı lazımi analizlərin edilməsi;
- Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotunda əks olunmasını təmin edilməsi;
- Maliyyə rəhbəri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
- Pul vəsaitlərinin hərəkəti hesabatların təqdim edilməsi;
- Tapşırıqların operativ icra edilməsi.
Tələblər
- Ali təhsil (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük verilir);
- Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilməli;
- Azerbaycan Respublikasının Vergi Məcəlləsini bilməli;
• Mühasibatlıq və maliyyə təlimlərində iştirak edilməsi əlavə üstünlükdür; - Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
- Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
- MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
- 1C 8.3 ERP proqramında yüksək səviyyədə istifadə bacarıqları;
- Müvafiq sahə üzrə iş təcrübəsi: 3-5 il;
- Azərbaycan dili mükəmməl səviyyədə, rus və ingilis dilləri arzuolunandır.
Mühasib
Peşəkar xidmətlər
Elanın müddəti bitmişdir