A2Z Technologies

Aparıcı mühasib

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
14.05.24 - 13.06.24

İş haqqında məlumat

  • Aylıq, rüblük və illik Vergi bəyannamələrini (əlavələrlə birlikdə), statistika hesabatlarını tərtib və təqdim etmək;
  • Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödəmək;
  • Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, mühasibat əməliyyatlarının uçotunu aparmaq;
  • Kassa və bank əməliyyatlarının, xaricə köçürmələrin əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab-fakturaların uçotunu aparmaq;
  • Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək;
  • E-qaimələrin və satış sənədlərinin hazırlanması;
  • Tenderdə iştirak üçün lazımi sənədlərin aidiyyatı qurumlara göndərilməsi;
  • Əsas vəsaitlərin və anbar inventarizasiyası işinin təşkili;
  • Mühasibat əməliyyatlarının 1C əməliyyat sistemlərinə daxil edilməsi və mütəmadi olaraq yoxlanılması;
  • Müqavilələrdə qeyd olunmuş vergi əməliyyatları ilə bağlı bəndlərin, vergi və ödəniş şərtlərinin vergi qanunvericiliyinin tələblərinə uyğunluğununu yoxlamaq və təsdiq etmək;
  • İş qrafiki: 5 günlük.

Tələblər

  • Təhsil: Müvafiq sahədə ali təhsil;
  • Təcrübə: Mühasibat uçotu üzrə minimum 3 il iş təcrübəsi;
  • Kompüter bacarıqları: MS Excel yüksək səviyyədə, 1C ( 8.3), EMAS, taxes.gov.az sistemlərindən işləmə bacarığı;
  • Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsi və tələb olunan digər normativ hüquqi aktlar barədə müvafiq biliklərin olması;
  • PMS sertifikatının olması üstünlükdür;
  • Analitik düşünmə qabiliyyəti, cavabdehlilik və məsuliyyətlilik;
  • Nəticəyönümlülük və punktuallıq.


Oxşar vakansiyalar