Unitrade

Aparıcı mühasib

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
23.01.24 - 22.02.24

İş haqqında məlumat

  • Kreditor və debitor borclarının uçotunun, xərclərin, əsas vəsaitlərin dəqiq olmasının, müvafiq qanun və qaydalara mühasibatlıq standartlarına uyğun olmasının təmin edilməsi və nəzarətdə saxlanılması;
  • İlkin sənədlərin nəzərdən keçirilməsi və müvafiq materialın Micro sisteminə işlənməsi;
  • Mühasibat, Vergi uçotu, DSMF və Statistika ilə bağlı hesabatları hazırlamaq  və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək;
  • Elektron Qaimə Faktura, gömrük bəyannamələri ilə bağlı əməliyyatları icra etmək; 
  • BTP proqramında işləməklə vergi bəyannamələrini göndərmək və vergi məsələləri ilə bağlı - işlərdə birbaşa iştirak etmək;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Bank hesabları üzrə ödənişləri həyata keçirmək;
  • Alınmış və Ödənilmiş Avans ödənişlərini izləmək; 
  • Kreditor və debitorlar ilə üzləşmələr aparmaq;
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyəti hesablamaq, köçürmək;
  • Mühasibat sənədlərini saxlamaq və qorumaq;
  • Görülmüş işlərə dair bütün təsdiqedici sənədləri toplamaq, tərtib etmək və saxlamaq; 
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Günlük, həftəlik və aylıq aparılan əməliyyatlar barədə rəhbərliyə hesabat vermək;
  • Maliyyə direktorunun və baş mühasibin verdiyi digər əlavə tapşırıq və göstərişlərinin yerinə yetirilməsi;
  • İş qrafiki: 5 günlük;
  • İş yeri: Koroğlu m. Anbarım.

Tələblər

  • Təhsil: İqtisadiyyat, mühasibat uçotu və ya maliyyə-kredit sahəsində bakalavr və ya daha yüksək təhsil dərəcəsi;
  • Təcrübə: Maliyyə, mühasibat uçotu, vergi qanunvericiliyi minimum 3 il;
  • Kompüter bacarıqları: Microsoft Office (Word, Excel,  Micro) proqramları üzrə mükəmməl biliyin olması;
  • Ümumi mühasibat uçotu prinsipləri sahəsinin yaxşı anlayışı;
  • Ümumi mühasibat uçotu prinsipləri sahəsinin yaxşı anlayışı;
  • Distribusiya sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir;
  • Tədqiqat və analitik düşünmə qabiliyyəti və məsələlərin həllində təşəbbüsün göstərilməsi;
  • Fərdi qaydada və komandada işləmək bacarığına malik olmaq;
  • Təyin edilmiş vaxta qədər eyni zamanda bir neçə tapşırığı yerinə yetirmək bacarığı;
  • Yaxşı ünsiyyət qurma bacarığı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar