Almet Trading

Aparıcı maliyyə mütəxəssisi

Ə/h razılaşma ilə 86
Tam iş günü
Sumqayıt, Azərbaycan
04.06.24 - 04.07.24

İş haqqında məlumat

  • Şirkətin maliyyə hesabatlarının IFRS standartları üzrə sərbəst şəkildə aylıq, rüblük və illik hesabatlarının hazırlayır və nəzarət edir;
  • Şirkətin maliyyə hesabatlarının (aylıq) dəqiqliyinin yoxlanılması üçün nəzərdə tutulmuş yoxlama prosedurlarını icra edir;
  • Şirkətin funksional vahidlərinin məlumatlarına əsasən büdcə tərtib edir və məlumatların mütamadiliyinə nəzarət edir;
  • Şirkətin faktiki gəlirlərinin və xərclərinin aylıq, rüblük və illik hesabatlarının hazırlayır və həmin hesabatların büdcə ilə müqayisəli təhlil edir;
  • Verilmiş büdcədən kənarlaşma hallarının aşkara çıxarır və təhlil edir;
  • Büdcədən kənar aşkar olunmuş əhəmiyyətli fərqlərin və yüksək məbləğli xərclərin təhlil edib şöbə və departament rəhbərini bu barədə məlumatlandırır;
  • Təqdim edilən büdcə təqdimatlarının mümkün risklərə məruz qalıb-qalmamaları baxımından yoxlama aparır və şöbə rəhbərini yarana biləcək potensial problemli sahələr barədə məlumatlandırır;
  • Büdcə modelinin təkmilləşdirilməsinə dair təkliflər edir;
  • Gəlir və xərclərin təhlilini aparır;
  • Elektron cədvəllərdən istifadə etməklə maliyyə modellərini tərtib edir;
  • Təhlilin nəticələrini ümumiləşdirərək PowerPoint təqdimatlar hazırlayır və nəticələri yuxarı rəhbərliyə bildirir.

Tələblər

  • Təhsil: Maliyyə və iqtisadiyyat üzrə bakalavr təhsili;
  • Təcrübə: Maliyyə sahəsində ən azı 4 il iş təcrübəsi;
  • İstehsalat sahəsi üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
  • Həmçinin, ACCA və digər sertifikatların olması, Oracle, PowerBI, SQL üzrə nəzəri və praktiki biliklər və Rus dili biliyi əlavə üstünlükdür.
  • Riyazi təfəkkür, analitik düşünmə bacarığı və statistik göstəricilərin əldə edilməsi;
  • IFRS üzrə nəzəri və praktiki biliklərin olması;
  • ACCA üzrə ən azı F3, F5, F7 sertifikatların olması;
  • İngilis dilində sərbəst danışıq və yazma bacarığı;
  • 1C proqramı ilə yüksək səviyyədə işləmə qabiliyyəti;
  • Microsoft Office proqramları ilə yüksək səviyyədə işləmə qabiliyyəti;
  • Komanda şəklində işləmək bacarırığı, təşəbbüskarlıq və idarəetmə bacarığı;
  • Planlaşdırma, vaxtın düzgün idarə edilməsi, verilən tapşırıqların icrasını vaxtında edilməsi və yoxlanılması;
  • Etibarlılıq.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar