Bakı,
Azərbaycan
12.09.23
-
12.10.23
İş haqqında məlumat
- Anbarda olan mal və materialların təhlükəsizliyini və salamatlığını, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək;
- Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək;
- Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
- Mühasibatlıq tərəfindən təyin edilən dövriyyə hesabatlarını müntəzəm olaraq təmin etmək;
- Bütün mal və materialların üzərində mühasibatlıq tərəfindən təyin edilmiş kodların olmasını təmin etmək;
- Anbarda yanğınsöndürən vasitələrinin olduğuna və salamatlığına, sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət etmək;
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
- Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
- Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
- Anbar əməliyyatlarının 1C (8.3) uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma;
- Sınaq müddəti 3 ay;
- İş qrafiki: 6 günlük;
- İş saatı: 09:00 - 17:00 (şənbə günü 09:00 - 15:00);
- İş yeri: Babək pr.39.
Tələblər
- Yaş: 30-45;
- Cinsi: Kişi;
- Təhsil: Ali;
- Təcrübə: 1-3 il;
- Kompüter bacarıqları: MS Office, 1C proqramları.
Nəqliyyat və logistika
Nəqliyyat