Anbardar

700 - 800 ₼
Tam iş günü
Bakı, Azərbaycan
27.07.23 - 26.08.23

İş haqqında məlumat

  • Yüklərin və poçtun anbara qəbulu, saxlanması və oradan təhvil verilməsini təmin etməkdir;
  • İxrac anbarında olan yüklərin siyahısını tərtib etmək;
  • İxrac yüklərini və poçtu anbara qəbul edərkən, yüklərin faktiki miqdarının (yer sayının), eləcə də qablaşdırılmanın vəziyyətini yoxlanmaqla yerlərin çəkisinin dəqiqləşdirilməsi, markalanmanın düzgünlüyünü yoxlamaq;
  • Yüklərin xüsusiyyətindən asılı olaraq yüklərin anbarda düzgün yerləşdirilməsini təşkil etmək;
  • Sənədlərində heç bir çatışmamazlıq faktı olmayan yükü göndərilmə anbarına qəbul etmək və anbarda yüklərin qabaqcadan reyslər və istiqamət üzrə komplektləşdirilməsini təşkil etmək;
  • Yükü idxal anbarına qəbul edərkən yük manifesti ilə yükə aid göstəriciləri tutuşdurmaq;
  • Zəruri hallarda – yüklərin sənədləşməsində çatışmamazlıq, yer və çəki çatışmazlığı, qablaşdırılmanın zədələnməsi (pozulması) və yükün xarab olması hallarında yük nasazlığı haqqında akt tərtib edilməsində iştirak etmək;
  • Yükün tərkibindən asılı olaraq, onu qəbul edərkən təhlükəli yüklər üzrə inspektoru, sanitar-karantin xidmətinin inspektorunu yükün qəbuluna cəlb etmək;
  • Yükü idxal anbarına qəbul etdikdən sonra müvafiq qeydiyyat aparmaqla şəxsi ştamp vasitəsilə yükün qəbulunun təsdiqləmək;
  •  İdxal anbarına qəbul edilmiş yüklərə aid müştəri xidmətləri şöbəsinin  məlumat üzrə operatoruna vermək;
  • Sənədlərində qeyri-dəqiqlik və çatışmazlıq faktı olmayan yükü yükalana təhvil vermək.

Tələblər

  • Təhsil: Orta və ya ali;
  • Təcrübə: Müvafiq sahədə 2 il;
  • Kompüter bacarıqları: MS Office proqramları;
  • Fərdi və ya qrup (komanda) halında işləmək bacarığı; 
  • Vaxtın idarə edilməsi; 
  • Gərgin şəraitdə işləmək bacarığı;
  • Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
  • Yüksək ünsiyyət qurma bacarığı;
  • Yaradıcı və analitik təhliletmə bacarığı;
  • Məntiqli və sistemli düşünmək bacarığı; 
  • Məxfilik və gizlilik prinsiplərini gözləmək bacarığı.


Oxşar vakansiyalar