Bakı,
Azərbaycan
21.07.23
-
20.08.23
İş haqqında məlumat
- Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlama rejiminə nəzarət;
- Mal-materialın qəbulu, təhvili, sənədləşdirilməsi və mədaxil-məxaric sənədlərinin yoxlanılması, qəbul və təhvil qaydalarına riayət etmək;
- Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının, sayım zamanı sayılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda mal-material düzülüşünə nəzarət etmək;
- Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
- O cümlədən son tarixləri nəzər almaqla bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək, istisnalar barədə dərhal rəhbərliyi məlumatlandırmaq;
- Mühasibatlıq tərəfindən təyin edilən dövriyyə hesabatlarını müntəzəm olaraq təmin etmək;
- Mal və material mühasibatlığının aparılması üçün qurulmuş mühasibat proqramı və avtomatlaşmış cihazlardan istifadə edərək onlayn və ya real vakt rejimində məlumatları daxil etmək;
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etmək;
- Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
- Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
- Keyfiyyətə nəzarət tələblərinə əməl etmək , mal-materialın keyfiyyətli və uyğun şəraitdə saxlanılmasına nəzarət etmək;
- Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
- Anbarın işçilərinə rəhbərlik etmək, mal-materialın düzgün yığılması və boşaldılmasına nəzarət etmək, anbar işçilərinin işlədikləri vaxtın tabel uçotunu aparmaq;
- Sahələri, satışı tələb olunan mallar və material ilə vaxtında təmin etmək;
- Anbara giriş-çıxış yollarının və qapılarının işlək olmasını təmin etmək, bitişik ərazinin yığışdırılmasını, anbarın səliqəliliyini təşkil və nəzarət etmək;
- Mədaxil-məxaric və obyekt daxili rejimin həyata keçirilməsində mühafizə xidməti ilə əməkdaşlıq etmək.
Tələblər
- Təcrübə: Müvafiq sahə üzrə minimum 2 il (səhiyyə yönümlü şirkətdə iş təcrübəsi arzuolunandır);
- Dil bilikləri: Türk və Rus dili (arzuolunandır);
- Kompüter bacarıqları: MS Office və Outlook (xüsusi ilə Excell) proqramlarını mükəmməl bilməlidir;
- Yüksək səviyyədə problem həll etmə bacarıqları;
- Təşəbbüskarlıq;
- Məsuliyyətlilik;
- Cavabdehlik;
- Komanda ilə işləmə bacarığı;
- Stresə davamlılıq.
Nəqliyyat və logistika
Səhiyyə xidmətləri