GM Construction

Anbardar

800 - 1000 ₼
Tam iş günü
Bakı, Azərbaycan
28.02.23 - 30.03.23

İş haqqında məlumat

  • Yüklərin (tikintidə istifadə olunacaq bütün növ mal - materiallar, avadanlıqlar və s.) anbara qəbulu, saxlanması və oradan təhvil verilməsini təmin etmək;
  • Anbara daxil olan yüklərin sənədlərlə uyğunluğunu yoxlamaq, həmçinin bütövlüyünə və sazlığına, qablaşdırmasına diqqət yetirmək;
  • Anbarda olan malların təsnifatına yığılmasını təşkil etmək;
  • Zəruri hallarda - yüklərin sənədləşməsində çatışmamazlıq, yer və çəki çatışmazlığı, qablaşdırılmanın zədələnməsi (pozulması) və yükün xarab olması hallarında baş anbardara məlumat vermək, yük nasazlığı haqqında akt tərtib edilməsində iştirak etmək;
  • Obyektdə anbar təsərrüfatı və maddi sərvətlərin qorunması üzrə mütəmadi təkliflər verir və sifarişin düzgün verilməsini izləyir;
  • Stok sayına nəzarət etməklə bitmək üzrə olan mal-materiallar barədə öncədən təchizat şöbəsini məlumatlandırmaq;
  • Yükün tərkibindən asılı olaraq, onu qəbul edərkən təhlükəli yüklər olacağı təqdirdə SƏTƏM üzrə mütəxəssisi öncədən yükün qəbuluna cəlb etmək, belə yükləri onlar üçün ayrılmış xüsusi şəraiti olan anbara yerləşdirilməsini təmin etmək;
  • Daşıma şirkətinə məxsus olan paletlərin, konteynerlərin, yük torlarının, kəmərlərin, bərkidici halqaların və digər texnikanın tərtibatların qəbulunda, saxlanmasında və göndərilməsində iştirak etmək;
  • Digər anbarlara və yaxud tikintidə istifadəyə veriləcək malların sənədlərini yoxlamaq və təhvil verdikdən sonra təhvil-təslim sənədlərini rəsmiləşdirmək;
  • Yükün qəbulu və istifadəyə təhvili üzrə məlumatları proqram təminatındakı məlumat bazasına əlavə etmək;
  • Tələb olunan müvafiq hesabatlar tərtib etmək;
  • Məsuliyyətində olan anbarın təmiz, səliqəli və nizamlı olmasına nəzarət etmək;
  • Korporativ nömrə ilə təmin olunma;
  • İş qrafiki: 6 günlük.

Tələblər

  • Yaş: 30-55;
  • Təcrübə: Müvafiq vəzifə üzrə azı il iş təcrübəsi;
  • Kompüter bacarıqları: MS Office proqramında işləmə bacarığı;
  • Ezamiyyələrə hazır olmalı;
  • Komandada işləmə və yüksək idarəetmə bacarığı;
  • Məsuliyyət və punktuallıq.
  • Vakansiya ilə maraqlanan şəxslər CV-lərini müvafiq vakansiyanın adını qeyd etməklə [email protected] mail ünvanına göndərə bilər.


Oxşar vakansiyalar