Azera Holding

Anbardar

800 ₼
6924
Tam iş günü
Bakı, Azərbaycan
26.02.25 - 27.03.25

İş haqqında məlumat

  • Mal Qəbulu və Qeydiyyatı: Tekstil məhsullarının, xammalın və aksesuarların anbarda qəbulu və müvafiq sənədləşdirilməsinin aparılması;
  • Anbarın Təşkili: Anbarda olan bütün məhsulların düzgün  şəkildə çeşidlənməsi,  sistematik qaydada saxlanması və onlara asan çıxışın təmin edilməsi;
  • Mal Yerləşdirilməsi: Məhsulların müəyyən edilmiş sahələrdə yerləşdirilməsi, materialların tipinə və istifadəsinə uyğun anbar ərazisinin təşkil edilməsi;
  • Stok İdarəetməsi: Anbarda olan məhsulların dəqiq uçotunun aparılması və stok vəziyyətinin daimi izlənməsi, əskikliklərin və artıq məhsulların vaxtında müəyyən edilməsi;
  • Məhsulların İstehsalata Çıxışı: Məhsulların istehsalat prosesinə yönləndirilməsi üçün lazım olan xammalın və digər materialların istehsalat bölməsinə təhvil verilməsi;
  • Anbar Hesabatlarının Hazırlanması: Stok vəziyyəti, məhsul qəbulu və çıxışı barədə aylıq və  tələb olunduqda hesabatların hazırlanması (1C Proqramı üzərindən) və rəhbərliyə təqdim edilməsi;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;
  • Ünvan: Bakı şəhəri, Buzovna,  Zuğulba qəsəbəsi.

Tələblər

  • Ali  təhsil/ Orta təhsil;
  • Müvafiq sahədə 2 il iş təcrübəsi;
  • Azərbaycan dili ( Xarici dil arzuolunandır);
  • MS Office proqramları, 1C ilə işləmə bacarığı;
  • Punktual, stressə davamlı, məsuliyyətli, idarəetmə və komada ilə işləmə bacarığı;
  • Bəy namizədlərə üstünlük verilir.

Oxşar vakansiyalar