Bakı,
Azərbaycan
14.01.25
-
14.02.25
İş haqqında məlumat
- Muxtəlif mal-materialların anbara qəbulu, saxlanılması, anbardan buraxılması və uçotu işlərini həyata kecirir;
- Barkod vasitəsilə mal-materialların kodlaşdırılmasını aparır, mal-materialların nizamlı şəkildə yığılmasını və yerləşdirilməsini təmin edir;
- Mal-materialların müvafiq proqram təminatında hərəkətinin operativ uçotunu aparır;
- Qəbul olunmuş maddi qiymətlilərin müşayiətedici sənədlərə uyğunluğunu yoxlayır və mal-material dövriyyəsini yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirir;
- Anbarda olan mal-materialların təhlükəsizliyini və saxlanılması rejimini təmin edir;
- Üzərində birkalar asılaraq anbara təhvil verilmiş istismar müddətini başa vurmuş, yararsız avadanlıqların, hissələrin, detalların və s. mal-materialların inventarizasiya müddətinə qədər xüsusi ayrılmış yerdə saxlanılmasını təmin edir;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə-boşaltma işlərini təşkil edir;
- Materialın və məhsulun xarab olması və itkilərin qarşısını almaq məqsədilə mühafizəsini təmin edir;
- Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal-materialları təyin edərək onlar barədə məlumatı tabe olduğu rəhbərinə təqdim edir;
- Mühasbatlıq tərəfindən təyin edilən hesabatları müntəzəm olaraq təmin edir;
- Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Gündəlik tam iş günü rejimi;
- İş yeri – Balaxanı qəsəbəsi.
Tələblər
- Ali təhsil (iqtisadiyyat, mühasibatlıq sahələrində arzuolunandır);
- Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
- MS Office (Word, Excel, Outlook), 1C (anbar) proqramlarında sərbəst işləmək bacarığı;
- Məsuliyyətli, səliqəli, dəqiq və detallara diqqətli.
Digər
Dövlət layihəsi