Baku Marriott Hotel Boulevard
Ə/h razılaşma ilə 109
Tam iş günü
Bakı, Azərbaycan
10.10.24 - 10.11.24

İş haqqında məlumat

  • Bütün malların optimal şəraitdə saxlanılmasının və təslim etmə üçün hazır olmasının təmin edilməsi;
  • Bütün anbar ərazilərinin təmiz olmasının və yüksək gigiyena standartlarına cavab verməsinin təmin edilməsi;
  • Çatışmayan malın kodunu, nömrəsini, adını, təslim etmə vahidini və minimum və maksimum ehtiyat həcmlərini müəyyən edilməsi;
  • Qabaqcadan anbar üçün təyin edilmiş, daxil olan malların saylarının yoxlanılıb təsdiq edilməsi;
  • Anbarlardan çıxan bütün malların təslimatının tam başa çatdırılmış, hesabı bağlanmış/təsdiq olunmuş anbar tələbnamələrinə görə aparılmasının təmin edilməsi;
  • Anbardakı bütün yarım bölmələrlə, mal qəbul edən, mal göndərən və qəbul edənlə qarşılıqlı əlaqədə olmaq və əməkdaşlıq edilməsiŞöbələr daxilində qəbul prosesi ilə bağlı daxili nəzarət siyasəti və prosedurlarını həyata keçirmək;
  • Anbarda olan malların növlərinə görə səliqə ilə yığılmasını təşkil etmək;
  • Daşınan yükün qeydiyyat sənədlərini yoxlamaq və düzgün olmasını təsdiq etmək, yüklərdəki çatışmamazlıqlar və artıq çəki ilə əlaqədar yaranan məsələləri cavablandırmaq, eləcə də ehtiyatların vəziyyətinə nəzarət ilə əlaqədar yaranan problemləri həll etmək;
  • İnventar sistemlər üzrə hesabatların hazırlanmasına nəzarət etmək və inventar hesabatları təhlil etmək;
  • Maliyyə Şöbəsi tərəfindən aparılan fiziki inventarlaşdırma zamanı hazır olmaq;
  • Tələb olunan digər vəzifələrin yerinə yetirilməsi.

Tələblər

  • Müvafiq sahədə ən azı 1 illik iş təcrübəsi;
  • Azərbaycan və ya rus dillərində yazılı və şifahi ünsiyyət qabiliyyətinə malik olmaq. İngilis dili biliyinə üstünlük verilir;
  • MS Office (Word, Excel, Power point), Iscala; 
  • İşgüzar və məsuliyyətli.


Oxşar vakansiyalar