Qəbələ,
Azərbaycan
16.09.24
-
16.10.24
İş haqqında məlumat
- Müəssisəyə daxil olan bütün malların qəbulunda iştirak etmək, müvafiq anbarlarda optimal şəraitdə saxlanılmasının və təslim etmə üçün hazır olmasının təmin edilməsi.
- Bütün anbar ərazilərinin təmiz olmasının və yüksək gigiyena standartlarına cavab verməsinin təmin edilməsi.
- Mallar və xidmətlərin effektiv qəbulundan istifadə etməklə, otelin xərclərinin minimuma endirilməsini təmin etmək. Bu məsələyə Təchizat şöbəsinin Menecerinin verdiyi təlimat vasitəsilə nail olmaq.
- Malların qəbulu prosesinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün bütün əməliyyat və nəzarət prosedurlarını həyata keçirmək, düzgün əməliyyat standartları və prosedurlarına riayət olunmasını təmin etmək:
- Qabaqcadan anbar üçün təyin edilmiş, daxil olan malların saylarının yoxlanılıb təsdiq edilməsi.
- Çatışmayan malın kodunu, nömrəsini, adını, təslim etmə vahidini və minimum və maksimum ehtiyat həcmlərini müəyyən edilməsi.
- Anbarlardan çıxan bütün malların təslimatının tam başa çatdırılmış, hesabı bağlanmış/təsdiq olunmuş anbar tələbnamələrinə görə aparılmasının təmin edilməsi.
- Anbardakı bütün yarım bölmələrlə, mal qəbul edən, mal göndərən və qəbul edənlə qarşılıqlı əlaqədə olmaq və əməkdaşlıq edilməsi
- Şöbələr daxilində qəbul prosesi ilə bağlı daxili nəzarət siyasəti və prosedurlarını həyata keçirmək.
- Anbarda saxlanılan məhsullar üçün müəyyən kompüter məlumatlarının yaradılması və qorunub saxlanılmasına kömək etmək.
- Maliyyə Şöbəsi tərəfindən aparılan fiziki inventarlaşdırma zamanı hazır olmaq.
Tələblər
- Ali və ya ixtisas təhsili;
- Anbardar vəzifəsində ən az 3 il iş təcrübəsi;
- MS Office və 1C bilikləri;
- Komandada işləmək bacarığı;
- Ciddi, məsuliyyətli, punktual, diqqət, ünsiyyətcil və çalışqan.
Nəqliyyat və logistika
Turizm