Bakı,
Azərbaycan
11.09.23
-
11.10.23
İş haqqında məlumat
- Şirkətdə maddi vəsaitlərin (əsas vəsaitlərin və mal-material ehtiyatlarının) idarə olunması üzrə proseslərin ən yaxşı təcrübələr əsasında qurulması, tətbiqi və inkişaf etdirilməsini təmin etmək;
- Şirkətlərdə əsas vəsait və anbarların idarə olunması üzrə strukturların formalaşdırılması və inkişaf etdirilməsi, həmçinin həmin strukturlara funksional və metodoloji rəhbərlik etmək və strukturlarda müvafiq prosedur və proseslərin tətbiqini təmin etmək;
- Strukturlarda əsas vəsaitlərin uçotu və hərəkətinin idarə olunması, mal-material anbarlarının işinin təşkil olunmasını təmin etmək;
- Mədaxil olunan maddi vəsaitlərin ilkin fiziki inspeksiyası, sayılması və qəbulu, yerləşdirilməsi və ilkin uçotu işinin (qeydiyyatı, kodlanması və etiketlənməsi və uyğunlaşdırılmasının) düzgün, dəqiq və zamanında təşkil edilməsini təmin etmək;
- Mal-material qalıqlarının optimal həddə saxlanılması, qənaətli istifadə və optimal sifariş həcmi üzrə metodologiya və prosedurların tətbiq olunmasını təmin etmək;
- Daxili təminat və sifarşlərin zamanında və düzgün şəkildə təmin edilməsini işini təşkil etmək;
- Əsas vəsaitlərin və mal-materialların hərəkəti üzrə uçotun düzgün və zamanında aparılmasını təmin etmək, əsas vəsait reyestri və mal-material qalıqları haqqında uçot məlumatlarının hər zaman düzgün və rallığa uyğun olmasını təmin etmək;
- İstifadəyə yararsız və köhnəlmiş vəsaitlərin, həmçinin iş prosesində yaranmış dəyərli yan-istehsalat məhsullarının realizasiyaya hazır vəziyyətə gətirilməsini təmin etmək və realizasiya prosesində dəstək olmaq;
- Müvafiq anbarların və saxlanc yerlərinin fiziki vəziyyətinin, həmçinin anbarlama şəraitinin standartlara uyğun olmasını təmin etmək və bununla əlaqədar müvafiq düzəldici, inkişaf etdirici və önləyici təklif, hesablama və təqdimatların rəhbərliyə zamanında təqdim edilməsini təmin etmək;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 08:30 - 17:30;
- İş yeri: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Tələblər
- Təcrübə: 3-5 il;
- Kompüter bacarıqları: 1C, Logo, Excel və ya digər proqramlarda işləmə təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili, yazılı formatda rus dili;
- Mal-material ehtiyatları üzrə optimal qalıq və sifariş həcmlərinin hesablanması, maddi vəsaitlərin hərəkəti və uçotunun təşkili üzrə təcrübi-biliklərə malik olmaq;
- Komanda qurma, komandanın idarə edilməsi və yeni proseslərin tətbiq edilməsi bacarığı;
- Dəyişikliklərin idarə edilməsi bacarığı;
- Riyazi və analitik düşünmə bacarığı.
Nəqliyyat və logistika
Kənd təsərrüfatı