Azərşəkər LLC

Anbar təsərrüfatı üzrə qrup rəhbəri

Ə/h razılaşma ilə 192
Tam iş günü
Bakı, Azərbaycan
07.06.24 - 07.07.24

İş haqqında məlumat

  • Müəssisəyə aid olan təsərrüfatlarda maddi vəsaitlərin (əsas vəsaitlərin və mal-material ehtiyatlarının) idarə olunması üzrə proseslərin ən yaxşı təcrübələr əsasında qurulması, tətbiqi və inkişaf etdirilməsinin təmin edilməsi;
  • Təsərrüfatlarda əsas vəsait və anbarların idarə olunması üzrə strukturların formalaşdırılması və inkişaf etdirilməsi, həmçinin həmin strukturlara funksional və metodoloji rəhbərlik etmək və strukturlarda müvafiq prosedur və proseslərin tətbiqinin təmin edilməsi;
  • Anbarların və saxlanc yerlərinin fiziki vəziyyətinin, həmçinin anbarlama şəraitinin standartlara uyğun olmasını təmin etmək və bununla əlaqədar müvafiq düzəldici, inkişaf etdirici və önləyici təklif, hesablama və təqdimatların hazırlanması;
  • Anbar işinin effektivliyinin artırılmasına, mal-materialların saxlanma xərclərinin və daşıma xərclərinin azaldılmasına, anbar işinin təşkilində müasir hesablama texnikası vasitələrinin tətbiqi üzrə tədbirlərin hazırlanmasına və həyata keçirilməsinə, avtomatlaşdırılmış anbar və logistika proseslərinin idarə olunmasına rəhbərlik edilməsi;
  • Anbar sahəsindən səmərəli istifadə etmək şərti ilə saxlanılan məhsulların düzgün yerləşdirilməsinə nəzarət olunması, anbar qalıqlarına, “out of stock” və “over stock”-a nəzarət edilməsi;
  • Məhsulların son istifadə tarixinə (SİT) nəzarət edilməsi, SİT bitməsinə müəyyən vaxt qalmış məhsulların siyahısının hazırlanıb, müvafiq strukturların məlumatlandırılmasının təmin edilməsi;
  • Anbarlarda SƏTƏMM və yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsini təmin edilməsi;
  • Həftəlik, aylıq və s. hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Tələblər

  • Təhsil: Ali təhsil (iqtisadiyyat, maliyyə, və logistika sahələri üzrə arzu olunandır);
  • Təcrübə: Müvafiq sahə üzrə 2 il rəhbər vəzifədə olmaq şərti ilə, minimum 5 il iş təcrübəsi (kənd təsərrüfatı istiqaməti üzrə arzu olunandır);
  • Dil bilikləri: Azərbaycan və İngilis dili bilikləri (Rus dili – arzuolunandır);
  • Kompüter bacarıqları: MS Office və 1C proqramlarında mükəmməl işləmək bacarığı;
  • Müvafiq sahə üzrə sertifikatların olması arzu olunandır;
  • Müvafiq sahə üzrə bağlı yerli qanunvericiliyi bilməli;
  • Ezamiyyətlərə getmək imkanı və sürücülük vəsiqəsinin olması.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar