AgroTrade Supply

Anbar şöbə müdiri

Ə/h razılaşma ilə
Tam iş günü
Sumqayıt, Azərbaycan
07.02.23 - 09.03.23

İş haqqında məlumat

  • Anbar qalıqlarının kontrol edilməsi, yaranan problemlər barəsində nəticə çıxarılması və lazımi tədbirlərin görülməsi;
  • Anbara mədaxil və məxaric olunan məhsullara nəzarət edilməsi;
  • Çatdırmacıların depo qalıqlarının kontrol edilməsi, yaranan problemlər barəsində tədbirlərin görülməsi və birbaşa rəhbərin məlumatlandırılması;
  • Depolarda təhlükəsizlik texnikası, yanğından mühafizə və təhlükəsizlik qaydalarına əməl etmək, yükləmə-boşaltma işlərinin aparılması, mühafizə olunması və vaxtında tədarükçüyə çatdırmanın təşkil edilməsi;
  • Depolara məxsus avadanlıqların inventarlaşmasının aparılmasında iştirak etmək;
  • Xidmət sahəsində yük daşınmaları, yükün anbara qəbulu və buraxılmasını təlimatlandırma prosesinə nəzarət etmək;
  • Müvafiq texnologiyaya əsasən, təhlükəsizlik texnikasının tələblərinə uyğun anbarın bütün sahələrində yükləmə-boşaltma işlərinin vaxtında aparılmasında operativ idarəetmə nəzarətini həyata keçirmək;
  • Xüsusi texnika və tərtibatların icazəsiz işlədilməsinin, zədələnməsinin qarşısının alınması üçün operativ tədbirlər görmək;
  • Depo sahəsindən səmərəli istifadə etmək şərti ilə saxlanılan məhsulların düzgün yerləşdirilməsinə nəzarət olunması;
  • Rəsmiləşdirmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsi, müəyyən olunmuş hesabatların tərtib edilməsi;
  • Depolara qəbul edilən məhsulların çeşid və miqdarları ilə bağlı müdriyyətə məlumat verilməsi, anbardaxili düzgün çeşidlənməsi ilə bağlı tədbir görülməsi;
  • Məhsulların son istifadə tarixinə (SİT) nəzarət etmək, SİT bitməsinə müəyyən vaxt qalmış məhsulların siyahısını təşkil edib aidiyyəti qurumları mütəmadi olaraq məlumatlandırmaq.
  • İş qrafiki: 5 gün (həftəiçi);
  • Servis və yemək təmin edilir.

Tələblər

  • Təhsil: Ali təhsil (iqtisadiyyat, logistika istiqaməti üzrə);
  • Təcrübə: Anbar sahəsinin idarə edilməsi üzrə 3 il;
  • Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis (orta);
  • Kompüter bilikləri: MS Office proqramları üzrə biliklər;
  • Məsuliyyətlilik və sahiblənmə;
  • Keyfiyyətlilik və effektivlik;
  • Müştəri xidməti yönümlülük;
  • Münaqişənin idarəedilməsi;
  • Problemləri həll etmə;
  • Planlama və təşkilatçılıq;
  • Hesabatvermə;
  • Risklərin idarəedilməsi;
  • Vaxtın idarə edilməsi;
  • Nəticə yönümlülük.


Elanın müddəti bitmişdir