SOCAR

Anbar müdiri

725 ₼
Tam iş günü
Bakı, Azərbaycan
27.03.23 - 26.04.23

İş haqqında məlumat

  • Anbarın təmizliyinə nəzarət etmək, sanitariya vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin həyata keçirilməsini təşkil etmək;
  • Anbarda yanğına qarşı ləvazimatın olmasına və onun sazlığına, avadanlığın və inventarın vəziyyətinə və onların vaxtında təmir olunmasına nəzarət etmək;
  • Mal və materialın qiymətlilərinin görünüşünə, keyfiyyətinə, təyinatına və başqa əlamətlərinə görə çeşidlərə ayrılmasını təmin etmək;
  • Anbar ərazisindən səmərəli istifadə edərək mal və materialın qiymətlilərinin düzgün yerləşdirilməsinə nəzarət etmək;
  • Mal və materialın qiymətlilərinin üzərinə SAP kodlarının vurulmasını təmin etmək;
  • Əmtəə-maddi sərvətlərinin inventarlaşmasının aparılmasında iştirak etmək;
  • Anbar təsərrüfatının avadanlığının qorunması, xidmət sahələrində və onların yanında yerləşən ərazidə mühafizə rejiminə əməl olunmasını təmin etmək;
  • Mal və material qiymətlilərinin qaimə fakturaya uyğun olaraq sayılması və təhvil alınmasına nəzarət etmək;
  • Mal və material qiymətlilərinin anbara mədaxil edilməsinə nəzarət etmək;
  • Mal və material qiymətlilərinin müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılmasını təmin etmək;
  • Mədaxil zamanı əməyin mühafizəsini, təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl edilməklə yükləmə-boşaltma işlərinin aparılmasına nəzarət etmək;
  • Daxili yerdəyişmə qaiməsinə əsasən mal-material və avadanlıqların anbardan məxaric edilməsinə nəzarət etmək;
  • Vəzifə öhdəlikləri (funksiyalar) yükləmə-boşaltma işlərinin aparılmasına nəzarət etmək;
  • Mədaxil və məxaric olunan mal-material qiymətlilərinin uçotunun aparılmasını təmin etmək;
  • Anbar avadanlıqlarının sifarişi ilə bağlı tələbnamələri hazırlamaq;
  • Mədaxil və məxaric sənədlərinin düzgün tərtibinə nəzarət etmək;
  • Rekvizitlərinin yığılmasını, mühafizə olunmasının və vaxtında tədarükçüyə qaytarılmasını təşkil etmək;
  • Anbarda olan mal və materialın qalıq cədvəlinin hazırlanmasında iştirak etmək;
  • Anbarda qorunub saxlanan mal və materialın qiymətlilərinin hərəkəti ilə əlaqədar hesabat sənədlərinin hazırlanmasına nəzarət etmək;
  • Mədaxil-məxaric sənədlərinin əlaqədar şöbələrə təqdim olunmasına nəzarət etmək;
  • Əsas vəsaitlər təhvil verilməsi zamanı silinmə aktının imzalamaq;
  • Mədaxil-məxaric olunan mal-material qiymətlilərinin qeydiyyat jurnalına uçotunun aparılmasına nəzarət etmək.

Tələblər

  • Təhsil: Orta-ixtisas;
  • Kompüter bacarıqları: MS Office proqramları (Excel, Outlook, Word);
  • Məsuliyyət;
  • İşi təqib etmə;
  • Dürüstlük;
  • Etik davranış;
  • Peşəkarlıq;
  • Qrup liderliyi;
  • Stresin idarə edilməsi;
  • Səlahiyyətvermə;
  • Ehtiyyatların idarə olunması;
  • Təchizat-malların qəbulu və bölgüsünü;
  • Davranışın və təhlükəsizliyin müşahidə sistemini;
  • Neft sənayesində əməyin mühafizəsinin vahid idarəetmə sistemini bilməlidir.


Elanın müddəti bitmişdir