Bakı,
Azərbaycan
13.03.23
-
12.04.23
İş haqqında məlumat
- Sorğular və təchizat sifarişlərini emal etməklə sifarişlər hazırlamaq, materialları daşımaq, qutuları qablaşdırmaq və ya etiketləmək, sifarişləri çatdırılma ərazisinə yerləşdirmək;
- Şirkətin standartları və prinsiplərinə əməl etməklə xidmət keyfiyyətini təmin etmək;
- Rəflər, altlıqların olduğu ərazi və iş yerlərini səliqəli və nizamlı şəkildə saxlamaqla təhlükəsiz və təmiz iş mühitini qoruyub saxlamaq, daşınma ərazisinin təmizliyini saxlamaq, prosedurlar, qaydalar və normalara riayət etmək;
- Malları, materialları düzgün və nizamlı qaydada yığmaq və sökmək, sifarişlərin düzgünlüyünü təmin etmək;
- Maşınlarının yüklənməsi və boşaldılması və malların paletlənməsini həyata keçirtmək;
- Məhsulları qüsur və zədələrə görə yoxlamaq;
- Verilən tapşırıqları anbar və SƏTƏM qaydalarına uyğun şəkildə icra və təmin etmək;
- Bir başa rəhbər şəxs tərəfindən müvafiq göstəriş verildikdə tələb olunan digər anbar əməliyatların və vəzifələri yerinə yetirmək, icra etmək və idarə etmək.
Tələblər
- Təhsil: Orta və ya ali;
- Təcrübə: Anbar sahəsində 2 il və daha artıq iş təcrübəsi;
- Fiziki iş görmək bacarığı;
- Komandada işləmək bacarığı;
- Təzyiq altında işləmə bacarığı.
Nəqliyyat və logistika
Logistika