Bakı,
Azərbaycan
10.10.23
-
09.11.23
İş haqqında məlumat
- Layihə çərçivəsində istifadəçi tələblərinin toplanması üçün müştəri ilə görüş və analitik intervyuların həyata keçirilməsi;
- İstifadəçinin tələbləri əsasında lazımi qanunların və müştərinin müəssisə daxili qaydalarının öyrənilməsi və bu əsasda analiz işlərinin həyata keçirilməsi;
- İstifadəçinin tələbləri əsasında sistemin məntiqi dizaynının, müxtəlif tipli diaqramların, sxemlərin və istifadəçi interfeysi eskizlərinin hazırlanması;
- Müştərinin biznes proseslərinin öyrənilməsi, müvafiq diaqram metodları ilə modelləşdirilməsi və analiz edilməsi;
- İstifadəçi tələblərinin analizi nəticəsində sənədlərin hazırlanması və müştəri ilə razılaşdırılması;
- Sistemin proqramlaşdırma mərhələsində sistemin tələbləri və analiz sənədinin təhlili ilə bağlı proqramçılara lazımi informasiya dəstəyinin göstərilməsi;
- Sistemin tətbiqi mərhələsində müştəriyə lazımi təlimlərin verilməsi və istifadəçi təlimatlarının hazırlanması.
Tələblər
- Təhsil: Ali (İT idarəetmə, tətbiqi riyaziyyat, iqtisadi kibernetika və oxşar sahələrdə ali təhsili olan namizədlərə üstünlük verilir);
- Təcrübə: İT sahəsində biznes analitik və ya sistem analitiki vəzifəsində ən azı 2 il;
- Dil bilikləri: Azərbaycan dili səlis, ingilis və rus dillərindən ən az birini yaxşı səviyyədə bilmək;
- Proqram təminatının tətbiqi layihələrində iş təcrübəsi;
- Biznes sahəsi və biznes proseslərin idarə edilməsi sahəsində bilik və təcrübə;
- Proqramlaşdırmanın və verilənlər bazasının əsaslarını bilmək;
- İstifadəçinin tələbləri əsasında müxtəlif tipli diaqramların, blok-sxemlərin, interfeys eskizlərinin hazırlanmasında bilik və təcrübə;
- Sistem tələblərinin spesifikasiyası və istifadəçi təlimatının hazırlanmasında iş təcrübəsi;
- Analitik düşüncə tərzi, komandada işləmə və ünsiyyət qurma bacarığı.
İnformasiya texnologiyaları
İKT