Lumegrand

Alış və logistika meneceri

Ə/h razılaşma ilə 0
Tam iş günü
Bakı, Azərbaycan
09.10.24 - 09.11.24

İş haqqında məlumat

  • Xarici şirkətlərlə yazılı və şifahi danışıqlar aparmaq və əlaqələri qurmaq;
  • Təchizat sifarişlərinin idarə edilməsi və icrasının nəzarət edilməsi (sifarişlərin yerləşdirilməsi, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
  • Malların vaxtında yola salınması və çatdırılmasının təmin edilməsi;
  • Rəsmiləşdirmə və idxal/ixrac prosedurları üçün sənədlərin hazırlanması;
  • Logistika proseslərinin optimallaşdırılması, etibarlı nəqliyyat şirkətlərinin və yük marşrutlarının seçilməsi və daşınmanın təşkil edilməsi;
  • Cari təchizatların izlənməsi və çatdırılma prosesi zamanı yaranan problemlərin həlli;
  • Daşınmaya hazır olan yükün vaxtında  yüklənməsi və sənədləşməsinə nəzarəti həyata keçirmək;
  • Tələb olunan malların/xidmətlərin alışını müvafiq 1C proqramında düzgün, operativ və əhatəli şəkildə alış orderlərini (PO) tərtib etmək;
  • Yükün daşıma statusu haqqında məlumatın  mütəmadi yeniləmək və bu barədə rəhbərliyə məlumat vermək;
  • Gömrük hesabatlarının ödəniş üçün sistemə işləyərək maliyyə şöbəsinə təqdim edilməsi;
  • Gömrük rəsmiləşdirilməsi ilə bağlı zəruri sənədləri aidiyyatı şöbələrdən toplamaq (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki  təsvir və s.) ticarət sertifikatı, idxal lisenziyası, və s. aidiyyəti məsələlər ilə bağlı müraciətlər etmək;
  • İş qrafiki: həftənin 5 günü saat 09:00-18:00 (bazar ertəsi-cümə) tam iş günü;
  • İş yeri: Akademik Həsən Əliyev küçəsi.

Tələblər

  • Alış və logistika sahəsində minimum 2 il iş təcrübəsi;
  • İngilis və rus dillərini sərbəst danışıqlar və yazılı şəkildə bilmə;
  • MS Office proqramlarından istifadə bacarığı;
  • 1C 8.3 proqramında işləmə bacarığı;
  • Gömrük bəyənnamələri və nəqliyyat sənədlərinin tərtibini bilmək üstünlükdür;
  • İdxal və ixrac prosedurlarını, eləcə də beynəlxalq logistika prinsiplərini bilmək;
  • Yük çatdırılması üçün optimal marşrutları seçmə və etibarlı nəqliyyat şirkətlərini qiymətləndirmə bacarığı;
  • Yaxşı ünsiyyət bacarıqları və komanda ilə işləmə qabiliyyəti;
  • Detallara diqqət, analitik düşüncə və çoxsaylı tapşırıqlarla işləmək bacarığı.

Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar