AzəriMed QSC

Alış meneceri

700 - 900 ₼
Tam iş günü
Bakı, Azərbaycan
29.08.23 - 28.09.23

İş haqqında məlumat

  • Yerli və xarici bazarda laboratoriya üzrə tibbi ləvazimat, avadanlıq və tibbi sərf mallarının alışının həyata keçirilməsi;
  • İşgüzar və korporativ görüşlərin keçirilməsi və müvafiq danışıqların aparılması;
  • Görülmüş işlər barədə müvafiq hesabatların hazırlanması;
  • Alış prosesində yaranmış problemləri operativ həll etmək;
  • Verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək;
  • İş saatı: 09:00 - 18:00;
  • İş yeri: Nərimanov rayonu.

Tələblər

  • Təhsil: Tibbi təhsil;
  • Təcrübə: Müvafiq sahədə minimum 1 il;
  • Kompüter bacarıqları: MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət qurmaq bacarığı;
  • İşində dəqiq və məsuliyyətli olmaq;
  • Kommunikasiya və komanda daxilində işləmə bacarığı.