Губа,
Азербайджан
06.11.24
-
06.12.24
O работе
- Topoqrafiya-geodeziya işlərini planlaşdırır və təşkil edir;
- Tikinti sahəsində topoqrafik ölçüləri aparır və onun əsasında torpaq işini müəyyən edir;
- İşləri vaxtında başa çatdırmaq üçün nəzarətində bütün zəruri sahə resurslarını (işçi qüvvəsinin, avadanlıqların,materialların və s.) təşkil edir;
- İstehsalatın geodezik işlər üzrə hazırlığını və texniki cəhətdən yenidən qurulmasını, xammala, materiala, əmək sərfinə qənaət, məhsulun, işlərin (xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejimini təşkil edir;
- Topogeodeziya işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə tədbirlər cədvəlini və çöl nəzarət cədvəlini tərtib edir;
- Geodeziya və Mühəndislik alətlərindən istifadə etməklə layihənin icrası məqsədilə tətbiq ediləcək nöqtələri müəyyən edir;
- Nivelirdən, teodolit və peyk vasitəsi ilə qlobal yerləşmə sistemlərindən (GPS) istifadə etməklə çəkiliş işləri aparılan sahələrdə mühüm nöqtələrin en və uzunluq dairəsini və sərhədlərini müəyyən edir;
- Topoqrafik çəkilişləri və ölçmə nəticələrini, o cümlədən, torpaq və ya torpaq sahələrinin formasını, konturlarını, yerini, hündürlüyünü və ölçülərini qeydə alır;
- Topoqrafik hesabatları və cizgiləri hazırlayır, həftəlik və aylıq həcm hesabatlarını hazırlayır;
- Topoqrafik ölçmə işlərinin layihə müdirliyi tərəfindən müəyyən edilən inşaat sahəsinin iş proqramına uyğun olaraq həyata keçirilməsini və nəzarətini təmin edir;
- Məlumatları AutoCad Civil 3D proqramında emal edir;
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Yaşayış yeri ilə təmin olunma;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş yeri: Quba.
Требования
- Geodeziya və xəritəçilik mühəndisliyi üzrə ali təhsil;
- Tikinti layihələrində minimum 10 il iş təcrübəsi;
- Xəritə mühəndisi kimi minimum 5 il iş təcrübəsi;
- Autocad , Netcad və ya Autodesk 3 d proqramlarda biliklər;
- Topoqrafik təhfil təslim və yoxlanış sənədləşmələri, geodeziya aktlarının hazırlanmasını bilməli;
- Tikinti quraşdırma iş və material həcmlərini hesablamağı bacarmalı.
Инжиниринг
Строительство