Grand Motors MMC

Xarici satınalma mütəxəssisi

1463 - 1940 ₼ 135
Полн. занятость
Баку, Азербайджан
22.08.24 - 21.09.24

O работе

  • Bazarın təhlili, tələb olunan materialların xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
  • Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);
  • Satınalmanın daxili prosedura uyğun  təşkili, son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materialların şirkətin və qrupun qaydalarına uyğun şəkildə vaxtında və sərfəli satın alınması;
  • Sifarişçi və ya  son istifadəçi (daxili müştəri) ilə texniki və büdcə məsələlərində sıx əməkdaşlıq edilməsi, onlarla müntəzəm görüşlər təşkil edərək xərclərin optimallaşdırılması məqsədilə mümkün texniki alternativlərin müzakirə edilməsi;
  • Təkliflər sorğusu (RFP) və məlumat sorğusunun (RFI) hazırlanaraq təchizatçılara göndərilməsi, təkliflərin alınması, təchizatçılarla müvafiq dəqiqləşdirmə və danışıqların aparılması, tələb olunarsa, daxili müştərilərin də iştirakı ilə onlarla görüşlərin keçirilməsi;
  • Potensial satınalmaçılar arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətlərin, texniki şərtlərin və çatdırılma tarixlərinin müqayisə edilməsi;
  • Dəqiqliyi, terminləri və texniki şərtləri yoxlamaq üçün sifarişlərin nəzərdən keçirilməsi;
  • Müqavilələrin hazırlanmasının təşkili,  müqavilə və ödəniş şərtlərinin müəyyən olunması və nəzarətdə saxlanılması, hesabatların hazırlanması və təqdim edilməsi;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, “Neptun” marketlə üzbəüz (Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığı);
  • Servis xidməti.

Требования

  • Ali təhsil;
  • Satınalma sahəsində minimum 2 il iş təcrübəsi olmalı; 
  • Azərbaycan dili səlis, rus və ingilis dilini əla səviyyədə bilməli;
  • Microsoft Excel proqramını yüksək səviyyədə bilməli;
  • Satınalma sahəsi üzrə sertifikatların olması üstünlükdür;
  • “İncoterms” qaydaları üzrə biliklərə sahib olmalı.