Баку,
Азербайджан
13.03.24
-
12.04.24
O работе
- Verilənlər bazası obyektlərinin yaradılması;
- Verilənlərin tamlığının, əlçatanlığının təmin olunması;
- Verilənlər bazalarının ehtiyat nüsxələrinin çıxarılması və davamlılığının yoxlanılması;
- Kodun yazılması zamanı SQL injection kimi təhlükəsizlik problemlərinin nəzərdə saxlanılması;
- Verilənlər bazası sistemlərinin monitorinq edilməsi və optimallaşdırılması;
- Real çalışdırılan sistemlərə uyğun olaraq test mühitinin təmin olunması;
- Mövcud biznes mühitinə uyğun yeniliklərin araşdırılıb test və real sistemlərdə tətbiq olunması;
- Tələb olunan verilənlər arxitekturasının başa düşülməsi və müəyyənləşdirilməsi;
- Biznes mühitinə uyğun şəkildə verilənlər bazası strukturunun tərtib olunması;
- Avtomatlaşdırılmış həllərin tərtib olunması və inkişaf etdirilməsi (prosedurlar, triqqerlər, skalyar funksiyalar və s.);
- Digər bölmələrdən gələn tələblərin müəyyən olunması və ETL proseslərinin qurulması üçün digər komandalarla iş birliyinin təmin edilməsi;
- Performansın tənzimlənməsi, təhlükəsizliyin idarə edilməsi, ETL prosesi;
- Server level, Database level, T-SQL query level performance tuning-in edilməsi;
- Ad-hoc hesabatların yazılması, verilənlərin çıxarılması;
- Performans problemi baş verdikdə server konfiqurasiyasında və ya indeks/sorğu üzərindəki dəyişikliklər də daxil olmaqla performansın artırılması üçün ən optimal həllin seçilməsi;
- Xərclərin azaldılması məqsədilə optimallaşdırma işlərinin görülməsi;
- Dəyişikliklərin sənədləşdirilməsi;
- Kritik əhəmiyyətli sistemdə 7/24 dəstək göstərilməsi;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 08:00 - 17:00 və ya 09:00 - 18:00;
- İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç., 46C.
Требования
- Təhsil: Ali təhsil (Müvafiq sahə üzrə olması arzuolunandır);
- Təcrübə: MS SQL 2014, 2016, 2017, 2019 üzrə 3 ildən artıq iş təcrübəsi;
- Verilənlər bazasının miqrasiyası və verilənlərin replikasiyası üzrə iş təcrübəsi;
- SQL Server Integration Services (SSIS), SQL Server Analysis Services (SSAS), SQL Server Reporting Services(SSRS) üzrə biliklər;
- Texniki səviyyədə ingilis dili bilikləri;
- Nəticəyönümlülük;
- Punktuallıq;
- Diqqətlilik.
Административный, Бизнес, Менеджмент
Kоммерция
Срок действия задания истек