Гянджа,
Азербайджан
25.10.24
-
25.11.24
O работе
- Rele mühafizəsi və avtomatikanın çox mürəkkəb aparatlarının qüsurlarını aşkar etməklə aradan qaldırılması, hissələrin yeyilmə səbəbləri və dərəcəsinin müəyyən edilməsi;
- Relelərin mexaniki və elektrik hissələrinin, yüksək tezlikli mühafizə bloklarının, cihaz və aparatların nasazlıqlarının müəyyən edilməsi və onların təmiri üzrə ən mürəkkəb işlərin yerinə yetirilməsi;
- Mürəkkəb hissələrinin bərpası, çox mürəkkəb mühafizə panellərinin quraşdırılması, istənilən mürəkkəblik dərəcəsindən olan rele mühafizəsi və avtomatika qurğularının bütün növlərinin təmiri;
- Elektron-ölçü aparatları, osilloqraflar, yüksək tezlik ölçənləri və generatorları ilə işləmək;
- Rele mühafizəsi və avtomatikada tipik olmayan xüsusi sınaq aparmaq üçün mürəkkəb sxemlərin yığılması;
- Rele mühafizəsi və avtomatikanı yoxlamaq üçün kompleks qurğulardan istifadə etməklə onlara xidmət göstərilməsi;
- Mühəndisin rəhbərliyi altında çox mürəkkəb rele mühafizəsi və avtomatika qurğularının yoxlanılması;
- Rele mühafizəsi və avtomatika qurgularının saz vəziyyətdə olmasını təmin etməli.
Требования
- Rele mühafizəsi, avtomatika və ikinci kommutasiya dövrəsi aparatlarının təmiri, sazlanması, yoxlanması və istismarı üzrə rəhbər göstərişləri ;
- Bloklama qurğularının vəzifəsini və sxemasını, yüksək tezlikli bloklama ilə olan mühafizələrin iş prinsipini;
- Enerji sistemində olan keçid rejimləri, yırğalanmalar və sistemin dayanıqlığı haqqında anlayışları;
- Rele mühafizəsi və avtomatikanın operativ dövrəsinin və elektrik sxeminin yoxlanılması;
- Təmiri və onlara texniki xidmət ilə əlaqədar olan mürəkkəb hesablamaların metodlarını;
- Vektor diaqramlarının və rele mühafizəsinin xarakteristikasının çıxarılmasını və qurulmasını;
- İnteqral mikrosxemlərdə olan mühafizə və avtomatika panellərinin struktur sxemini;
- Elektrik dövrəsində gərginliyin olub-olmamasının voltmetr vasitəsi ilə yoxlanması;
- Generator, güc transformatorlarının və h/x-nin rele mühafizə və avtomatika sahəsini;
- Enerji sistemindəki müəsissələrdə yanğınsöndürmə vasitələrinin saxlanması və istifadə qaydalarını, avadanlıqların istismar və təmir qaydalarını, qəzaların qeydiyyatı və araşdırılması qaydalarını.
Инжиниринг
Коммунальные услуги