Green City Resort & Residence

Tikinti üzrə mühasib

По соглашению 98
Полн. занятость
Баку, Азербайджан
26.09.24 - 27.10.24

O работе

  • İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması və ödənilməsi.
  • Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və yoxlanması;
  • Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab,ezamiyyə ödənişlərinin hesablanması və ödənişi;
  • DSMF tərəfindən ödənişlərin vaxtında həyata keçirilmə məqsədi ilə elektron portalda xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin, birdəfəlik ödənişlərin rəsmləşdirilməsi; 
  • Vahid vergi bəyannaməsinin hazırlanması və təqdim olunması;
  • Bütün əmək haqqı xərclərini yoxlamaq, şöbələr üzrə düzgün bölüşdürmək və 1C proqramına daxil etmək.
  • Əmək haqqına dair sorğu və sualların cavablandırılması;
  • Əmək haqqı ilə bağlı vergi, DSMF və statistik orqanlara təqdim olunan hesabatların hazırlanması;
  • Əmək haqqı ilə bağlı digər əməliyyatların yerinə yetirilməsi və sənədləşmənin aparılması;
  • Əsas vəsaitlərin uçotu.Amortizasiya və Təmir xərclərinin hesablanması.Təmir xərclərinin qüsur-quraşdırma aktı ilə silinməsi və normadan artıq təmir xərclərinin kapitallaşdırılmasının uçota alınması;
  • Tikinti uçotu (tikinti anbarına nəzarət);
  • Tikinti layihələri üzrə material və sair xərclərin texniki uçot(M-29) və F2-lər üzrə silinməsi;
  • Mal-material hərəkəti ilə bağlı məlumatların və hesabatların hazırlanması;
  • Elektron qaimələrin qəbulu,yoxlanılması və 1C proqramına işlənilməsi.

Требования

  • Ali təhsil(müvafiq sahə üzrə);
  • Tikinti mühasibi vəzifəsində minimum 2 il iş təcrübəsi;
  • İnşaat materiallarını bilməlidir;
  • MS Office proqramlarında  mükəmməl işləmək bacarığı;
  • 1C 8.3 proqramı ilə yüksək səviyyədə işləmə bacarığı;
  • Vergi Məcəlləsini və mühasibat uçotunun təşkili üzrə müvafiq qanunvericilikləri bilməli.


Похожие вакансии