SOCAR DOWNSTREAM MANAGEMENT LLC

Texniki sənədlər üzrə mütəxəssis

По соглашению 0
Полн. занятость
Баку, Азербайджан
10.09.24 - 10.10.24

O работе

  • Sənədlərə Nəzarət üzrə Layihə tələblərinin müəyyən edilməsi və məlumat bazasının idarə edilməsi sisteminin tətbiqində iştirak etmək və məsuliyyət daşımaq;
  • Layihə üzrə bütün sənədləri idarə etmək, o cümlədən layihə sənədlərinin yayımlanmasını (layihəyə cəlb olunmuş və kənarlaşdırılmış heyyəti nəzərə almaqla) həyata keçirmək;
  • Layihənin idarə edilməsi təlimatları çərçivəsində sifarişçi, təchizatçılar və subpodratçılar üçün layihə üzrə bütün sənədlərə nəzarət işləri üçün vahid interfeysi təmin etmək;
  • Layihə üzrə yayımlanması matrisasını işləyib hazırlamaq və müxtəlif yayımlanma metodlarını müəyyən etmək;
  • Sifarişçi, təchizatçılar və subpodratçılar arasında məlumat mübadiləsi üçün sistem üzərində aidiyyatı platforma yaratmaq;
  • Sənədlərin idarə edilməsi ilə əlaqədar bütün işlərdə mühəndislərə dəstək olmaq;
  • Layihə sənədlərinin əldə edilə bilinməsi üçün sənədlərin saxlanıldığı sistemə/portala çıxışı təmin etmək, hesabların açılmasını təmin etmək və istifadəçilərə istifadə qaydalarıı izah etmək;
  • Layihə sənədlərinin idarə olunmasına dair bütün aidiyyatı prosedural qaydalarla tanış olmaq;
  • Layihənin bitməsi ilə əlaqədar sənədlərin təhvil-təslimi üzrə işlərin aparılmasını təmin etmək.

Требования

  • Müvafiq texniki ixtisas üzrə bakalavr dərəcəsi;
     
  • Tanınmış mühəndislik-layihələndirmə və tikinti şirkətlərində sənədlərə nəzarət üzrə mütəxəssis kimi minimum 3 il iş təcrübəsi;
  • Mühəndislik-layihələndirmə üzrə texniki və ətraflı anlayış;
  • Mühəndis-Texniki İşlər üzrə Podratçı / Layihənin idarə edilməsi üzrə Podratçı təşkilatı ilə FEED / detallı layihələndirmə üçün sənədlərə nəzarət üzrə mütəxəssis kimi böyük neft və qaz layihələrinidə təcrübəsi olmalıdır;
  • Sənədlərə nəzarət üzrə müxtəlif təcrübələrdən və Sənədlərin Elektron İdarəetmə Sistemlərindən (EDMS) istifadə etməklə layihə sənədlərinin bütün aspektlərini müstəqil şəkildə idarə etmək təcrübəsi olmalıdır;
  • Sənədlərə nəzarət prosedurlarını hazırlamaq, idarə etmək və yeniləmək bacarığına malik olmalıdır;
  • Sənədlərin yayımlanması matrislərinin hazırlanması, sənədlərin əldə edilməsi, doldurulması üzrə təcrübəyə malik olmalıdır;
  • Sənayedəki bütün növ mühəndislik-layihələndirmə və Layihə sənədləri, xüsusən də onların ixtisaslaşma sahələri və uyğunluğu, onların yaradılması, nəzərdən keçirilməsi / yoxlanılması, düzəliş edilməsi / yenilənməsi kimi proseslər barədə məlumatlı olmalıdır;
  • Elektron sənədlər və məlumatın ötürülməsi vasitələri və təcrübələri barədə məlumatlı olmalıdır.
  • Şöbənin məqsədlərinə nail olmaq üçün və ən yaxşı təcrübələrə uyğun olaraq layihə təlimatları və prosedurlarına müvafiq qaydada müstəqil şəkildə işləmək bacarığına malik olmaq. Prioritetlərin müəyyən edilməsində öz təşəbbüsündən istifadə etmək və tətbiq olunan siyasətlərə dəyişikliklərlə bağlı məsələləri rəhbərliyə təqdim etmək;
  • İngilis dili biliyi - orta səviyyədən yuxarı bilmək;
  • Təşkilatçılıq bacarığı və detallara qarşı diqqətcil olmaq;
  • Mükəmməl şifahi və yazılı ünsiyyət qurmaq bacarığına malik olmaq;
  • Çoxsaylı işləri prioritetləşdirmək və böyük həcmli işlərin öhdəsindən gəlmək;
  • İşləri qısa müddətdə çatdırmaq;
  • Komanda daxilində yaxşı işləmək bacarığına malik olmaq;
  • Tədbirli və təşəbbüskar olmaq qabiliyyətinə malik olmaq;
  • Çoxmillətli komanda daxilində əməkdaşlıq etmək bacarığına malik olmaq.
  • Vakansiya ilə maraqlanan şəxslər https://socardownstream.az/az/vacancy/texniki-senedler-uzre-mutexessis  linkinə keçid edərək müraciət edə bilər.

Срок действия задания истек

Похожие вакансии