Баку,
Азербайджан
09.12.24
-
09.01.25
O работе
- Uşaq və yeniyetmənin potensial və ehtiyaclarını müəyyən edərək, tam inkişafını təmin etmək;
- Uşaq və yeniyetmənin fiziki və mənəvi rifahını təmin etmək;
- Uşaq və yeniyetmənin Fərdi İnkişaf Planlarının hazırlanması;
- Uşaq və yeniyetmənin təhsilinə dəstək;
- Uşaq və yeniyetmənin asudə vaxtının təşkili;
- Praktik həyati səriştələrin inkişaf etdirilməsi;
- Ailə büdcəsi və resurslarından səmərəli və məsuliyyətli istifadə etmək;
- Himayəsində olan uşaq və yeniyetmələrin bioloji ailələri ilə əlaqələrinin gücləndirilməsinə dəstək göstərmək;
- Uşaq Müdafiə Siyasətinə riayət etmək;
- Uşaq Kəndi Proqramı layihələrində zorakılıq halları ilə bağlı hadisələrə “Uşaq müdafiəsi üzrə Hesabat vermə və cavab tədbirləri” prosedurunu tətbiq etmək;
- AZN (vergilər daxil) əmək haqqı;
- Həftədə 1 gün istirahət;
- 42 gün əmək məzuniyyəti;
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı;
- Ərazi – Bakı şəhəri, Sadıqcan küçəsi 27a, (Həzi Aslanov m yaxınlığı).
Требования
- 35-50 yaş arası yaş həddi;
- Orta ixtisas təhsili. Pedaqoji, psixoloji və sosial sahələr üzrə ali təhsilli namizədlərə üstünlük verilir;
- Uşaq və ya gənclərlə iş sahəsində azı 3 illik iş təcrübəsi. Dayə, müəllimə, tərbiyəçi və tibb bacısı kimi vəzifələr üzrə təcrübəsi olan namizədlərə üstünlük verilir:
- SOS Uşaq Kəndində uzun müddət (10-12 il) yaşamağa hazır olmaq (ən azından himayəsində olan uşaqlar müstəqil həyat proqramına keçənə qədər);
- Professional təlim prosesi və davamlı inkişaf yolu ilə lazımi bilik və bacarıqlar əldə etməyə hazır olmaq;
- Yüksək kommunikasiya bacarıqları;
- Stressin və konfliktin idarə edilməsi qabiliyyəti;
- Sosial və təşkilati bacarıqlar;
- Komandada işləmək istəyi və bacarığı;
- Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;
- Ölkədəki təhsil və sosial iş/sistem haqqında məlumatlılıq;
- Peşəyönümlü əlavə bacarıqlar (müvafiq təlim və seminarlarda iştirak).
Другие
Профессиональные услуги