Tamstore

Təmir-tikinti şöbə rəhbəri

По соглашению 304
Полн. занятость
Баку, Азербайджан
22.01.25 - 22.02.25

O работе

  • Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri təsdiq etmək, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət etmək;
  • Şirkətin sifarişi əsasında təmir-tikinti üzrə fəaliyyət göstərən yerli və xarici podratçı, subpodratçı və digər şirkətlərlə sağlam əlaqələr qurmaq və onların fəaliyyətinə nəzarəti təşkil etmək və bitmiş işləri təhvil almaq;
  • Şirkətin təmir-tikinti fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində rəhbərliyə təkliflər vermək və təsdiqlənmiş təkliflərin həyata keçirilməsi, icrasına nəzarəti təşkil etmək;
  • Şirkətin mühəndislik, təmir tikinti işləri üzrə layihələrinin hazırlanıb təsdiq edilməsinə və icrasına nəzarət etmək;
  • Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
  • Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcə də tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək;
  • İşçilərin əmək mühafizəsi təlimatlarına əməl etməsinə nəzarət etmək;
  • İşlərin işçi layihəyə uyğun yerinə yetirilməsini təmin etmək;
  • Vaxtaşırı rəhbərlik üçün tapşırıqların icrasının gedişi haqqında informasiya hazırlanmasını təmin etmək;
  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına nahar;
  • Şirkət hesabına korporativ nömrə;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D.

Требования

  • Ali təhsil(müvafiq sahə üzrə);
  • Müvafiq sahə üzrə 3ildən çox iş təcrübəsi;
  • Avtomobil olması üstünlükdür;
  • Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Təmir-tikinti şöbə rəhbəri”yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Похожие вакансии