AzerGold CJSC

Təmir işləri üzrə planlama mühəndisi

По соглашению
Полн. занятость
Баку, Азербайджан
07.03.23 - 06.04.23

O работе

  • Təhlükəsizlik, idarəetmə və istismar meyarlarını nəzərə alaraq planlaşdırılmış texniki təmir işlərinin həyata keçirilməsini planlamaq;
  • Qeydiyyat kartlarının tərtib edilməsi, ehtiyyat hissələrinin siyahılarının tərtibatı və yenilənməsi, layihə üzrə dəyişikliklərin və ya modifikasiyaların tətbiqi, maşın və mexanizmlərin kartlarının tamamlanması, qurğu hissələrinin kartlarının, yoxlama kartlarının, yağlama və xidmət kartlarının, standart profilaktik təmir və qoruyucu yağlama kartlarının tərtibatı;
  • Mexaniki təmir və planlama üçün texniki təmir materiallarının və ehtiyyat hissələrinin siyahısının hazırlanması, hissələrin təmininin təşkili, təchizatında iştirak etmək və standartlaşdırılmasını təmin etmək;
  • İllik sifarişlərə daxil olmayan ayrı-ayrı tələblərin təmin edilməsi və prosedurların həyata keçirilməsi;
  • CİL zavodda həyata keçiriləcək texniki təmir işlərinin təşkili;
  • Avadanlıqların nasazlıqları üzündən baş vermiş dayanma hallarında avtomatlaşdırılmış texniki təmir və qüsurların araşdırılması ilə bağlı proqramların işlənib hazırlanması;
  • Hər ay toplantıların, baş vermiş qəzalarla bağlı araşdırmaların təşkili;
  • Qəzaların təkrarlanması ilə bağlı toplantılarda qəbul olunmuş qərarlara uyğun zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməsi;
  • Mexaniki təmir və planlama və sahəsinə aid işlərin digər şöbələrlə avadanlıqların texniki ədəbiyyatlarının və cizgilərin arxivləşdirilməsi, çatışmayan cizgilərin əldə olunması, bununla bağlı işlərin əlaqələndirilməsi və təşkili;
  • Texniki təmirin avtomatlaşdırılmasının təmin olunması, hər ayın sonunda istismar və qəzaların təhlili ilə bağlı aylıq hesabatların hazırlanması;
  • Texniki təmir heyətinin aylıq hesabatlarla bağlı işində iştirak etmək;
  • İllik büdcənin hazırlanması, izlənilməsi və illik texniki təmir xərclərinin tərtibi;
  • Planlama bölməsi ilə əlaqədar müxtəlif təlim materiallarının hazırlanması, işçi heyətinə təlim keçirilməsi, bölmənin işçilərin illik təlim ehtiyaclarının müəyyən edilməsi;
  • Mövcud ilin büdcəsinə nəzarət və yeni ilin büdcəsinin tərtibi;
  • Mexaniki təmir heyətinin fəaliyyətini izləmək, xidmətlə bağlı zəruri təlimatlar vermək və işin təşkilini dəyişmək səlahiyyətləri;
  • İş qrafiki: Növbəli.

Требования

  • Təhsil: Mexanika, sənaye və ya elektrika, elektronika mühəndisliyi üzrə ali təhsil;
  • Təcrübə: Bu və ya oxşar sahədə (təmir planlaması) 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili (mükəmməl), ingilis dili (yaxşı), rus dili arzuolunandır;
  • Kompüter bacarıqları: Microsoft Office, Ms Project, Primavera proqramlarından istifadə bacarığı;
  • Avadanlıqların iş prinsipini və hissələri barəsində məlumatlı olmaq (əlvan metalların istehsalı);
  • Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarını bilməlidir.


Срок действия задания истек

Похожие вакансии