Azerconnect LLC

Talent Management Specialist (Talantların idarəolunması üzrə mütəxəssis)

По соглашению 0
Полн. занятость
Баку, Азербайджан
05.11.24 - 05.12.24

O работе

  • Performansın İdarəedilməsi prosesləri ilə bağlı bütün əsas prinsipləri, vaxt məhdudiyyətlərini Performansın İdarəedilməsi təqviminə uyğun şəkildə bütün işçi heyyətinə çatdırmaq; 
  • Performansın İdarəedilməsi prosesləri ilə bağlı bütün informasiyaların toplanması, qeydə alınması və daxili müştərilərdən gələn sualların cavablandırılması; 
  • Performansın İdarəedilməsi proseslərini,  mexanizmini və alətlərini analiz və montorinq etmək və şirkətdə bu proses dəqiq və effektiv aparıldığını təmin etmək; 
  • Performans qiymətləndirmə sistemlərini, müxtəlif vəzifələr üçün səriştəlik modellərini, istedadların idarəolunması sahəsində təşəbbüslər üçün spesifik performans qiymətləndirmə iş planlarını, habelə işçi səriştəsinin qiymətləndirilməsi, inkişafı və təşviqi standartlarını tərtib etmək; 
  • Hədəflərin hazırlanması, dövrü müşahidələr və performans qiymətləndirmələr daxil olmaqla Performansın İdarəedilməsi prosesləri ilə əlaqəli hesabatlar hazırlamaq; 
  • Performansın İdarəolunması üzrə strategiya, siyasət, prosedur və proseslərin işlənib hazırlanması və həyata keçirilməsi; 
  • Performansın İdarəedilməsi üzrə ən yaxşı təcrübələr və müasir trendlərdən xəbərdar olması və performansın idarə edilməsi prosesinə təkmilləşdirmələrin tövsiyə edilməsi; 
  • Bütün heyətin Performansın İdarəedilməsi prosesləri və sistemləri ilə bağlı istiqamətləndirilməsini təmin etmək; 
  • Oracle Fusion sistemininin yoxlanılması, proseslerin sistem vasitəsilə icra edilməsi; 
  • Davamçıların Planlaşdırılması prosesində texniki və kommunikasiya istiqamətlərində dəstək olmaq, lazımi hesabatlar, təqdimatlar hazırlamaq; 
  • İnsan resursları tərəfindən həyata keçirilən digər İstedadların idarəolunması layihələri və proseslərinə dair lazimi texniki dəstəyin göstərilməsi; 
  • Şirkətin strateji məqsədləri və fəaliyyət hədəflərinə uyğunluğu təmin edərək, rəhbərlər üçün Əsas Performans Göstəricilərinin dizaynına və tətbiqinə rəhbərlik etmək; 
  • Şirkətin Əsas Performans Göstəricilərinin  işçi qrupunun üzvü kimi dəstək, performansın idarə edilməsi strategiyaları haqqında anlayışlar və tövsiyələr vermək, rəhbərlik və korporativ Əsas Performans Göstəricilərininlərin dəqiq izlənilməsini təmin etmək; 
  • Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən şifahi/ yazılı tapşırıqları icra etmək; 
  • Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək; 
  • Şirkətə aid məlumatların məxfiliyini təmin etmək;

Biz nə təklif edirik? 

  • Rəqabətli kompensasiya;
  • Performans əsasında həvəsləndirici və bonuslar;
  • Əlavə imtiyazlar;
  • Performansa əsaslanan mədəniyyət;
  • Müxtəlif təhsil və inkişaf imkanları;
  • Karyera inkişaf imkanı;
  • Hibrid iş imkanı;
  • Ən dinamik şirkətdə işləmənin unikal təcrübəsi;
  • İnnovativ məhsullar və rəqəmsallaşma;
  • Beynəlxalq təcrübə;
  • Yüksək bacarığa malik peşəkar komanda;
  • Kross-funksional əməkdaşlıq;
  • Təcrübə mübadiləsi.

Требования

  • İnsan Resursları, Biznesin İdarəedilməsi və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
  • Performans İdarəetmə və ya oxşar HR vəzifəsində 1-3 il sübut edilmiş təcrübə;
  • Azərbaycan və İngilis dillərini sərbəst bilmək;
  • MS office (xüsusilə Excel) biliyi.

Срок действия задания истек

Похожие вакансии