Баку,
Азербайджан
21.11.24
-
21.12.24
O работе
- Gün ərzində imtahana daxil olmuş tələbələrin danışıq (speaking) bacarıqlarını qiymətləndirmək;
- Hər tələbənin danışıq bacarığını müxtəlif səviyyələrdə (başlanğıc, orta və qabaqcıl və s.) yoxlamaq;
- Tələbələrə obyektiv və konstruktiv rəy vermək, onların inkişafına dəstək olmaq;
- Danışıq bacarıqlarının yoxlanılması üzrə müəyyən edilmiş metodlara və standartlara əməl etmək. (şirkət tərəfindən ilkin olaraq öyrənmə prosesində dəstək olunur);
- Tələb olunan gündəlik işləri yerinə yetirmək;
- İmtahan nəticələrinin vaxtında və düzgün şəkildə sistemə daxil edilməsini təmin etmək;
- Speaking yoxlanışı zamanı müvafiq ünsiyyət qaydalarına riayət etmək;
- İş saatları: Həftə içi 10:00-dan 19:00-a qədər; Şənbə günləri 10:00-dan 16:00-a qədər (qısa iş günü);
- İş rejimi: Offline, 6 günlük iş rejimi.
Требования
- Güclü şifahi və yazılı ünsiyyət bacarığı;
- Tələbələrin danışıq bacarıqlarını obyektiv şəkildə dəyərləndirmək üçün yüksək səviyyədə dil və dəyərləndirmə bilikləri;
- Təcrübə və ya müvafiq sahədə sertifikat üstünlükdür;
- Kompüter bilikləri;
- Yüksək diqqət və detallara qarşı həssaslıq;
- Müvafiq sahədə təhsil (ingilis dili təhsili və ya pedaqoji sahə üzrə təhsil üstünlükdür);
- IELTS, TESOL, TKT və s. sertifikatların olması üstünlükdür;
- Uyğun və maraqlanan şəxslər CV-lərini başlıq hissəyə “Speaking Examiner” yazaraq qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər.
Образование и наука
Образование
Срок действия задания истек