Grand Motors MMC

SMM üzrə mütəxəssis

800 ₼
Полн. занятость
Баку, Азербайджан
19.01.23 - 18.02.23

O работе

  • Planlaşdırılmış rəqəmsal marketinq büdcəsinin idarə edilməsi və hər bir yerləşdirmə kanalları (Ödənişli media, mobil, sosial və SEO) üzrə maksimal effektivliyin əldə edilməsinə nəzarət etmək;
  • Sosial şəbəkələrdə marketinq büdcəsinə əsasən reklam kampaniyaları yerləşdirmək və izləmək;
  • Ən yeni və səmərəli SEO təcrübələrini analiz və tətbiq etmək;
  • A/B testinq və bənzər alətlərdən istifadə edib müştəri seqmentləri və kanalların effektivliyini təhlil etmək;
  • Kampaniyaların effektivliyini izləmək, əsas göstəricilərini və KPI-ları müəyyənləşdirib, təhlil etmək və təkmilləşdirmə sahələrini müəyyən etmək;
  • Məhsul və xidmətlərin istifadəçilərinin artımını təmin etmək üçün yeni rəqəmsal kanalları sınaqdan keçirmək;
  • Şirkət fəaliyyətinin sosial media platformalarında (Instagram, Facebook, Linkedin, YouTube, və s.) aktuallığını təmin etmək;
  • Kampaniyaların nəticələrini və effektivliyini təhlil etmək və rəqəmsal marketinq portfeli üzrə aylıq hesabatlar yaratmaq.
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 08:30 – 17:30;
  • Servis xidməti;
  • İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, “Neptun” marketlə üzbəüz.

Требования

  • Təcrübə: Müvafiq sahədə ən azı 2 il;
  • Dil bilikləri: Səlis Azərbaycan dili biliyi;
  • Yenilikləri və trendləri izləməli;
  • Sosial şəbəkələrlə işin aspektləri üzrə biliklər;
  • Instagram, Facebook, Linkedin şəbəkələrinin idarə olunması və reklam yerləşdirmə proseslərini bilməli.


Срок действия задания истек