GM Construction

Smeta şöbəsinin müdiri

2000 - 2500 ₼
Полн. занятость
Баку, Азербайджан
28.03.23 - 27.04.23

O работе

  • Şöbədaxili prosedur, əsasnamə və təlimatların hazırlanmasında birbaşa iştirak etmək;
  • Şöbənin fəaliyyətini təşkil etmək, şöbə əməkdaşları arasında iş bölgüsünü aparmaq, vəzifə öhdəliklərinin düzgün və tam icra olunmasına nəzarət etməklə icra edilmiş işləri təhvil almaq;
  • Tabeçiliyində olan işçilərin inkişafı və karyera artımı üçün şərait yaratmaq, onların mükafatlandırılması və performans dəyərləndirilməsində təşəbbüs göstərmək;
  • Qəbul edilmiş layihə əsasında tələblərin dolğunluğunu və keyfiyyətini təmin etməklə ilkin smetanı müəyyən etmək;
  • Layihənin texniki icraat üzrə müfəssəl mərhələlərə bölgüsünü təşkil etmək;
  • Əsaslı təmir-tikinti və yenidən quraşdırma işlərinin bütün mərhələlərdə prosesləri analiz etmək, izləmək və smetaya uyğunluğuna nəzarət etmək;
  • Layihədə ediləcək cari dəyişikliklər zamanı smeta sənədlərində müvafiq düzəliş və əlavələri aparmaqla rəhbərliklə razılaşdırmaq; 
  • Tikintinin hər bir mərhələsində plan üzrə istifadə olunacaq mal-material, işçi qüvvəsi və maddi-texniki bazanın tərkibinin və miqdarının təyin edilməsinə rəhbərlik etmək;
  • Hər bir mərhələ üçün müəyyən edilmiş normalar üzrə bazar qiymətlərinə uyğun smeta dəyərinin hazırlanmasına nəzarət etmək;
  • Hazırlanmış smetaları cəmləmək, təsdiq etmək, tikinti-quraşdırma işlərinin texniki-iqtisadi əsaslandırılmasını digər şöbələrlə birlikdə təşkil etmək və yekun sənədi müzakirə üçün rəhbərliyə təqdim etmək;
  • Layihə-smeta sənədlərinin razılaşdırılma və təsdiqini qəbul olunmuş qaydada təşkil etmək, bu zaman ekspertiza və sifarişçi təşkilatların irad və təkliflərini nəzərə almaq, dəyişiklikləri sənədlərə əlavə etmək;
  • Plan və smeta şöbəsinin əsasnaməsi üzrə nəzərdə tutulan bütün öhdəlikləri həyata keçirmək;
  • Korporativ nömrə ilə təmin olunma;
  • İş qrafiki: 6 günlük; 
  • İş yeri: Bakı şəhəri, Baku City Residence (Bakı şəh., Heydər Əliyev pr 189).

Требования

  • Yaş: 35-55;
  • Təhsil: Ali (müvafiq sahə üzrə);
  • Təcrübə: Rəhbər vəzifədə azı 5 il;
  • Dil bilikləri: Azərbaycan və rus dili mükəmməl, ingilis dili arzu olunandır;
  • Kompüter bacarıqları: Microsoft Office, 1C və AutoCAD;
  • Komandada işləmə və yüksək idarəetmə bacarığı;
  • Məsuliyyət və punktuallıq.


Срок действия задания истек

Похожие вакансии