Finivo Project

Smeta mühəndisi

1000 ₼
Полн. занятость
Баку, Азербайджан
05.05.23 - 04.06.23

O работе

  • Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
  • Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;
  • Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
  • Layihə, spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
  • Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
  • Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlamaq və bu barədə arayış tərtib etmək;
  • Tikinti-quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsini təmin etmək;
  • Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırmaq və onların normativlərə riayət etmələrini nəzarətdə saxlamaq, görülən işlər barədə aktlar hazırlamaq;
  • Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görmək;
  • Smeta sənədlərinin uçotunu aparmaq;
  • Smeta qiymətləri haqqında arayışlar tərtib etmək;
  • Tikinti layihələri üzrə iş həcmləri və materialların hesablanması və cədvəllərinin hazırlanması;
  • Obyektlərdə ölçü işlərinin aparılmasını təmin etmək;
  • Smetaların bazar qiymətləri ilə hesablanmasını yerinə yetirmək;
  • Texniki hesabatları hazırlamaq (Forma 2, Forma 3);
  • Sahələrdən gələn texniki hesabatları yoxlamaq;
  • İş qrafiki: 6 günlük;
  • İş saatı: 09:00 - 18:00  (şənbə günü 09:00 - 15:00).

Требования

  • Təhsil: Ali (inşaat mühəndisi sahəsində);
  • Təcrübə: Smeta mühəndisliyi üzrə minimum 3-5 il;
  • Dil bilikləri: İngilis və rus dillərini baza səviyyəsində bilmək;
  • Kompüter bacarıqları: Microsoft Office proqramlarında, ofis texnikasında tam sərbəst və sürətli işləməyi bacarmaq, AutoCAD proqramında layihə üzrə ölçüləri oxuya və götürə bilmək;
  • Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri, qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını, müvafiq qanunvericilik aktları və normalarını bilmək;
  • Stresə davamlı olmaq;
  • Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
  • Kollektivlə işləməyi bacarmaq;
  • Təşkilati və analitik bacarıqlara sahib olmaq;
  • Sürətli və çevik olmaq.


Срок действия задания истек

Похожие вакансии