Баку,
Азербайджан
29.10.24
-
29.11.24
O работе
- Əməyin mühafizəsi haqqında normativlərə və standartlara, təhlükəsizlik texnikası qaydalarına və digər normativ sənədlərə riayət olunmasına nəzərat etmək;
- Cəmiyyətin rəhbərliyinin əmr və sərəncamlarının yerinə yetirilməsinə nəzarət və qəbul olunmuş qərarların icrasını təmin etmək;
- Şirkətin bütün iş yerlərində SƏTƏM xidmətinin işini təşkil etmək və idarə etmək;
- Tabeçiliyində olan işçilərin işlərini effektiv şəkildə təşkil etmək və onlara rəhbərlik etmək;
- İşçilərin sağlamlığı, əməyin təhlükəsizliyi, ətraf mühitlə bağlı riskləri qiymətləndirmək və aradan qaldırılması üçün tərdbirlər hazırlamaq və icrasını təmin etmək;
- SƏTƏM üzrə qanunvericilik və standartlarda yenilikləri izləmək, uyğunluğun təmin edilməsi üçün təlimat və sənədlər hazırlamaq;
- Qanunvericilik və standartlarda yeniliklərlə bağlı SƏTƏM rəhbərini məlumatlandırmaq;
- Şirkətin regionlardakı vacib nöqtələrində mütəmadi ezama getmək və lazımi tədbirləri həyata keçirmək;
- SƏTƏM fəaliyyətlərinə nəzarət etmək, ərazilərə (bölgələrə) müntəzəm monitorinqlər keçirmək və SƏTƏM rəisinə hesabatlar hazırlamaq;
- İşçilərin SƏTƏM normaları və qaydaları üzrə təlimatlandırılmasını və biliklərinin yoxlanılmasını təmin etmək və nəzarətdə saxlamaq;
- Fövqəladə hallara hazırlıq planları hazırlamaq və işçilərin təlimatlandırılmasını təmin etmək;
- İş yerlərində sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsi üzrə normativlərin yerinə yetirilməsini nəzarətdə saxlamaq;
- İşçilərin müəyyən edilmiş müddətlərdə lazımi xüsusi geyim, xüsusi ayaqqabı və fərdi mühafizə vasitələri ilə təmin edilməsini təşkil etmək;
- SƏTƏM hadisələrinin səbəblərini araşdırmaq, təhlil etmək və gələcəkdə qarşısını almaq üçün tədbirlər həyata keçirmək;
- Ətraf mühitin qorunması və resurslardan səmərəli istifadəni təşviq etmək;
- Ətraf mühitə təsirin minimuma endirilməsi üçün lazımi tədbirlərin həyata keçirilməsini təmin etmək;
- Cəmiyyətin filiallarının aylıq hesabatlarını qəbul etmək və datalarının hazırlamaq;
- Filialların FMV-ləri tələblərini və SƏTƏM anbarını idarə etmək, sifarişləri nizamlamaq;
- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur;
- İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
- İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.
Требования
- SƏTƏM, biznesin idarə edilməsi və ya mühəndislik sahəsi üzrə bakalavr dərəcəsi;
- SƏTƏM sahəsində ən azı 5 il iş təcrübəsi;
- SƏTƏM üzrə beynəlxalq səviyyədə tanınmış akkreditasiya sertifikatları - NEBOSH, IOSH, ISO 45001:2018 olmalı (İSO 9001:2015, İSO 14001:2015 sertifikatları və üstünlük sayılacaq);
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları,ingilis dili biliyi üstünlük sayılacaq;
- Microsoft Office (Word, Excel, Outlook, Power Point) proqramlarını peşəkar istifadə bacarığı;
- Təşkilatçılıq, problem həll etmə və əməkdaşlıq bacarıqları;
- Namizədin "B" kateqoriyalı sürücülük vəsiqəsinin olması vacibdir;
- Filialların yoxlanması ilə əlaqədar bölgələrə ezamiyyələrə açıq olmalı.
Инжиниринг
Профессиональные услуги