Нахчыван,
Азербайджан
30.12.22
-
29.01.23
O работе
- Radio giriş şəbəkə əməliyyatlarinda təhlükəli işlərin yerinə yetirilməsinə nəzarət, təhlükəli əməliyyatlara (hündürlük, elektrik,) icazə sənədlərinin (work permit) olmasının yoxlanılması;
- Aylıq Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə sahə yoxlamalarını aparmaq, hesabatların hazırlanması;
- Azerconnectə məxsus iş sahələrində Fərdi Mühafizə vasitələrinin istifadəsinə ciddi nəzarət etmək;
- Tələb edilən geyim olmadan işlərin görülməsinə icazə verməmək;
- Zəruri olan təqdirdə regionlara ezamiyyətə yola düşmək (Yoxlama və Fövqəladə hallar zamanı);
- Korrektiv fəliyyətin icrasına nəzarət etmək;
- Radio baza stansiyalarını zəruri Təhlükəsizlik Nişanları ilə təmin etmək;
- Radio baza stansiyalarının yanğın söndürən balonlarla təmin edilməsinə nəzarət etmək;
- 6 Aydan bir radio şəbəkə əməliyyatlarinda çalışan Azerconnect heyətinin FMV-ni və Alətlərini yoxlamaq, həmçinin radio şəbəkə əməliyyatlarında çalışan podrat və sub-podratçıların gördükləri işlərin təhlükəsizlik tələblərinə uyğun görülmələrinə nəzarət və işçilərinin FMV-ni yoxlamaq;
- AZRC-nin bütün məkanlarında o cümlədən, ofisdə, (RAN) yerli şəbəkə sahələrində, nəqliyyat vasitələrində və AZRC-in idarəsində olan hər hansı başqa obyektlərdə Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikasına riayət olunmasına nəzarət etmək;
- Sahədə təhlükəli işlərin yerinə yetirilməsinə nəzarət etmək, iş öncəsi təlimatlar vermək;
- AZRC-in yerləri, sahələri, obyektləri və alətlərinin mütəmadi yoxlanılması, Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə sınaqlarının təşkil edilməsi və keçirilməsi;
- Rəhbərliyi həftəlik əsas fəaliyyət hesabatları, təqdimat qeydləri və rəhbərin tələb etdiyi digər hesabatlarla təmin etmək;
- Hadisə təhqiqat komitəsinə hadisələrin araşdırılmasında kömək etmək, kök səbəblərin tapılmasi üçün vaxtında ilkin hadisə hesabatlarını təqdim etmək;
- İşlərin növləri üzrə təhlükələrin müəyyənləşdirilməsi və risklərin qiymətləndirilməsi;
- Ekoloji aspektlərin ilkin və təkrar qiymətləndirilməsini aparmaq.
Требования
- Radio şəbəkə sahələrimizi tanımaq;
- Sahələrdə təhlükələri ayırd etmə və təhlil etmə bacarığının olması;
- Texniki biliklərin olması;
- Risk qiymətləndirmə və riskləri təhlil etmə bacarığı;
- ƏM və TT haqqında ümumi məlumatın olması;
- Komanda şəklində işləmə bacarığı;
- Hesabat hazırlama bacarığı;
- İş öhdəliyindən dolayı 7/24 baş vermiş hadisələrə vaxtında yanaşma və operativ dəstək;
- Etibarlı sürücülük vəsiqəsinin olması və davamlı səyahət üçün heç bir maneənin olmaması.
Инжиниринг
Срок действия задания истек