Azərbaycan Dəmir Yolları

SƏTƏM üzrə mütəxəssis

По соглашению
Полн. занятость
Баку, Азербайджан
06.04.24 - 06.05.24

O работе

  • İstehsalatda əməyin mühafizəsi işini təşkil etmək və əlaqaləndirmək;
  • İstehsalat işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək; 
  • İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq;
  • İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək; 
  • Yeni işə qəbul olunanlara əməyin mühafizəsi üzrə giriş təlimatlarını keçmək;
  • Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) qaydaları haqqında mütəmadi təlimlərin keçirmək; 
  • Təxliyyə planının hazırlanmasında iştirak etmək və işçilərə bu barədə təlimat keçirmək;
  • İşçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etmək; 
  • SƏTƏM üzrə təlimatların işlənib hazırlanmasında iştirak etmək; 
  • Keyfiyyətə Nəzarət Planının hazırlanmasına və icrasına nəzarət etmək; 
  • Keyfiyyət Sisteminin qurulmasında iştirak etmək; 
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək; 
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etmək; 
  • Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etmək; 
  • Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etmək;
  • İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək;
  • Mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmaq; 
  • Cəmiyyətin daxili intizam qaydalarına riayət etmək; 
  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməlidir.

Требования

  • Təhsil: Ali;
  • Təcrübə: Müvafiq sahə üzrə ən azı 2-3  il iş təcrübəsi;
  • Kompüter bacarıqları: MS Office (yaxşı);
  • Əməyin təhlükəsizliyi, ətraf mühit və keyfiyyətin idarəedilməsi sistemləri sahəsində əsas tələb və prinsipləri (İSO 9001:2015) bilməli; 
  • Müvafiq qanunvericilik aktları və normalarını bilməli;
  • İşlənib hazırlanan və istifadə olunan texniki vasitələrin iş prinsipini, texniki və konstruktiv xüsusiyyətlərini bilməli; 
  • Tədqiqat metodlarını, işin yerinə yetirilməsinin qayda və şərtlərini bilməli; 
  • Texniki sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə qüvvədə olan standartları, texniki şərtləri, əsasnamə və təlimatları bilməli; 
  • Təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını bilməli; 
  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına dair biliklərə sahib olmalı.
  • Vakansiya ilə maraqlanan şəxslər https://career.ady.az/Vacancy/Get?id=4835#vp linkinə keçid edərək müraciət edə bilər.


Похожие вакансии