Дашкасан,
Азербайджан
11.12.24
-
11.01.25
O работе
- SƏTƏM fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və ona rəhbərlik etmək;
- Cəmiyyətdə sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil etmək və bu istiqamətdə rəhbərliyə təkliflər vermək;
- Sağlamlığın qorunması, əməyin mühafizəsi və texniki təhlükəsizlik, mülki müdafiə və yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi sahələri üzrə işlərin planlaşdırılmasının təşkilinə və icrasına nəzarət etmək;
- Hasilatda sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında fərqlənən işçilərin həvəsləndirilməsi, eləcə də sağlamlığın qorunması, əməyin mühafizəsi və texniki təhlükəsizlik, mülki müdafiə və yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi sahələri üzrə Qanunvericiliyin və Cəmiyyətdaxili normativ sənədlərin tələblərini pozan, Baş direktorun əmr və göstərişlərini yerinə yetirməyən rəhbər və digər işçilərə intizam tənbehlərinin tətbiqi barədə rəhbərliyə təkliflər vermək;
- İstehsalatda baş vermiş bədbəxt hadisələrin, peşə xəstəliklərinin səbəblərinin və vəziyyətinin təhlil edilməsi, qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlərin hazırlanması və həyata keçirilməsinə nəzarət etmək;
- Cəmiyyətdə xidmət göstərən podratçı/subpodratçı təşkilatlar tərəfindən sağlamlığın qorunması, əməyin mühafizəsi və texniki təhlükəsizlik, ətraf mühitin mühafizəsi və yanğın təhlükəsizliyi sahələri üzrə işlərin təşkilinə və aparılmasına nəzarət etmək;
- Cəmiyyətdə işçilərin ixtisas üzrə biliklərini yoxlayan komissiyanın işində iştirak etmək;
- Cəmiyyətdə ətraf mühitə zərərli fiziki təsirləri tənzimləyən tələb və normaların tələblərinin yerinə yetirilməsinə nəzarəti həyata keçirmək;
- Ətraf mühitin əlverişli ekoloji vəziyyətinin təmin edilməsi, ekoloji şəraitin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsini və nəzarəti təşkil etmək;
- Cəmiyyətin bölmələrində əmək şəraitinin və əməyin mühafizəsi vəziyyətini yoxlamaq, əməyin təhlükəsizliyi və üzrə qanunvericiliyin yerinə yetirilməsində və digər normativ aktları üzrə müəyyən edilmiş nöqsanları aradan qaldırmaq haqqında vəzifəli şəxslərə və digər məsul işçilərə öz səlahiyyəti çərçivəsində icrası məcburi olan göstərişlər vermək;
- Aşkara çıxarılmış çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlərin işlənib-hazırlanmasında iştirak etməklə, bu barədə Cəmiyyətin Baş direktoruna məlumatlar vermək;
- Müəssisələrinin ətraf mühitə təsirlərin əvvəlcədən qiymətləndirilməsi üzrə işlərin təşkili və nəticələrin rəhbərliyə çatdırılmasını təmin etmək;
- Sağlamlığın qorunması, əməyin mühafizəsi və texniki təhlükəsizlik, mülki müdafiə və yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi sahələrinin təkmilləşdirilməsi üzrə rəhbərliyə təkliflər vermək;
- 5 günlük iş rejimi (bazar ertəsi – cümə);
- İş vaxtı: 09:00 – 18:00;
- İş yeri: Daşkəsən şəhəri.
Требования
- Ali təhsil;
- Tikinti sahəsində təcrübəli namizədlərə üstünlük veriləcək;
- Müvafiq sahə üzrə minimum 5 illik və idarəetmə sahəsi üzrə minimum 3 illik iş təcrübəsi;
- İstehsalat təcrübəsinin olması üstünlükdür;
- Əla səviyyədə Azərbaycan dili, İngilis dili və Rus dili;
- MS Office proqramları üzrə biliklər;
- Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “SƏTƏM şöbəsinin müdiri” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə qeyd edilmiş elekton poçt ünvanına göndərmələri xahiş olunur.
Инжиниринг
Инжиниринг