AZCD Group QSC

SƏTƏM mütəxəssisi (Şamaxı atçılıq layihəsi üçün)

2000 ₼ 1310
Полн. занятость
Шамаха, Азербайджан
16.12.24 - 16.01.25

O работе

  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət;
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak;
  • Binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və ventillyasiya sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunun yoxlanılması;
  • Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak;
  • İşə qəbul olumnuş, o cümlədən müvəqqəti hər bir işçiyə və kənardan gələn hər bir şəxsə təhlükəsizliklə bağlı giriş təlimatının keçirilməsi və əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik göstərilməsi;
  • Müvafiq qanunvericiliyin və müəssisənin tələblərinin işçilərin nəzərinə çatdırılması;
  • Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak;
  • Müvafiq təlimatların işlənib hazırlanmasında iştirak;
  • İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak;
  • Maliyyə şöbəsinə əməyin mühafizəsinə və illik fəaliyyət planının hazırlanmasına xərclənəcək vəsaitlər üçün müraciət edilməsi;
  • Təxliyyə planının hazırlanmasında iştirak edilməsi və işçilərə bu barədə təlimat keçirilməsi;
  • İşçilərin fövqəladə hal zamanı cavab hərəkətləri haqqında təlimat keçirilməsi;
  • Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
  • Könüllü tibbi sığorta;
  • İş qrafiki: I-V günlər, şənbə və bazar istirahət;
  • İş saatı: 09:00-dan 18:00;
  • İş yeri: Şamaxı.

Требования

  • Ali təhsilli, Müvafiq sahə üzrə azı 5 il iş təcrübəsi; 
  • Dil bilikləri: Azərbaycan dili-səlis, İngilis dili-arzuolunandır;
  • Kompüter bacarıqları: MS Office, Outlook;
  • Tikinti sahəsində SƏTƏM normalarına və risklərinə dair bilikləri; 
  • Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı;  
  • Ezamiyyətlərə açıq olmaq;
  • Yalnız tələblərə uyğun olan namizədlər CV-ni elektron poçt ünvanına “SƏTƏM mütəxəssisi” qeyd edərək yönləndirsin. Yalnız tələblərə uyğun namizədlər müsahibəyə dəvət ediləcək. 

Похожие вакансии