Сумгаит,
Азербайджан
23.12.24
-
23.01.25
O работе
- İşçi heyətin SƏTƏM bölməsinə aid olan qaydaların, təlimatların , göstərişlərin , proses və prosedurların tələblərinə əməl etmələrinə mütəmadi nəzarət etmək;
- “STP GLOBAL CABLE” MMC-də sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üçün rəhbərliyə təkliflər vermək;
- “STP GLOBAL CABLE” MMC üzrə travmatizm və peşə xəstəliklərinin vəziyyətinin, səbəblərini araşdırıb , onların qarşısının alınması üçün tədbirlər hazırlayıb və onun tətdiqini təşkil etmək;
- İstehsalatda sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında fərqlənən işçilərin həvəsləndirilməsi, eləcə də ayrı-ayrı struktur bölmələrdə əməyin mühafizəsi üzrə qaydaların, təlimatların, göstərişlərin , proses və prosedurların tələblərini pozan , “STP GLOBAL CABLE” MMC -nin əmr və göstərişlərini yerinə yetirməyən rəhbər və digər işçilərin cazalandırılması haqqında rəhbərliyə təkliflər vermək;
- “STP GLOBAL CABLE” MMC-də baş vermiş bədbəxt hadisələrin təhqiqat aktında göstərilən tədbirlərin yerinə yetirilməsinə nəzarət etmək;
- İşə yeni qəbul edilmiş işçilərə giriş təlimatı keçirilməsi prosesinə nəzarət etmək;
- “STP GLOBAL CABLE” MMC-də işçilərin ixtisas üzrə biliklərini yoxlayan komissiyanın işində iştirak etmək;
- İşçilərin vaxtı-vaxtında tibbi müayinədən keçmələrinə ümumi nəzarət etmək;
- “STP GLOBAL CABLE” MMC-də baş vermiş bütün bədbəxt hadisələrin təhqiqatında iştirak edib, hesabatını aparmaq;
- Qoyulmuş normalara uyğun olaraq işçilərin keyfiyyətli xüsusi geyimlər , fərdi mühafizə vasitələri ilə təmin olunmalarını nəzarətdə saxlamaq;
- İş yerində işçilər üçün təhlükəsiz iş şəraitinin yaradılmasına , onların təlimatlandırılmasına və biliklərin yoxlanmalarına nəzarət etmək;
- Əmək mühafizəsi üzrə məlumat kitabların, kotaloqlarının, dərsliklərin, nümunəvi təlimatların və digər məlumat-təbliğat və tədris materiallarının nəşrini və bölmələrə paylanmasını təşkil etmək;
- İşçilərin həyatını və sağlamlığını təhlükə qarşısında qoyan və ya qəza təhlükəsi törədən avadanlıqların istismarını qadağan etmək;
- Ətraf mühitinin mühafizəsi sahəsində mövcud olan qanunlara , qaydalara riayət edilməsinə , ekoloji sənədləşmələrini müəyyən edilmiş qaydada yerinə yetirilməsinə daim nəzarət edir;
- Ətraf mühitinin mühafizəsi sahəsində tədbirlər planı hazırlayır və bu tədbirlərin yerinə yetirilməsinə nəzarət edir;
- Zavod və sexlərdə dövrü olaraq müəssisə daxili ekoloji monitorinq keçirir və bu çatışmamazlıqların aradan qaldırılması üçün təkliflər verir;
- Atmosferə zərərli maddələrin atılmasına, yerüstü su mənbələrinə axıntı suların axıdılmasına və texnoloji proseslərdə, axıntı suların təmizlənməsi zamanı əmələ qələn bərk tullantıların , eyni zamanda qaz-toz-tutucu qurğuların dövri olaraq deyişdirilən filtirlərin poliqonlarda yerləşdirilməsini normativ lahiyə sənədlərini və müvafiq qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirilməsinə nəzarət edir;
- Təmizləyici qurğuların birinci qeydiyyat dəftərində gündəlik qeydiyyatların aparılmasına nəzarət edir.
- Təmizləyici qurğuların analitik yolla dövri olaraq təmizləmə effektivliyini yoxlanılması təşkil edir;
- Birinci qeydiyyat dəftərinə , normativ lahiyə sənədlərinə və qanunvericiliyə əsasən TG-2 (hava), TG-2 (su) , TG-2( tullantı) statistik hesabatların müəyyən edilmiş qaydada hazırlayaraq müvafiq dövlət idarələrinə təqdim edir;
- “STP GLOBAL CABLE” MMC-ni konfrasnlarda , seminarlarda təmsil edir.
Требования
- Ali təhsilli olmalı;
- Sahə üzrə minimum 3-5 il iş təcrübəsinə malik olmalı;
- Azərbaycan dilini sərbəst, ingilis dilini yaxşı səviyyədə bilməli;
- MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığına sahib olmalı;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə sahib olmalı;
- Stresə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;
- İxtisas üzrə diplom və ya sertifikatlara (İSO 14001:2015, İSO 45001:2018) sahib olmalı;
- SƏTƏM qaydalarının tətbiqi baxımından qətiyyətlilik, məsuliyyət, ünsiyyətçilik və insanlarla rahat münasibət qurma bacarığı olmalı;
- İşgüzar və məsuliyyətli olmalı;
- İşində dəqiq və detallara fikir vermə qabiliyyətinə malik olmalıdır.
Офис-менеджмент
Инжиниринг