Баку,
Азербайджан
25.10.24
-
25.11.24
O работе
- Layihələr ilə əlaqədar hüquqi və rəsmi sənədlərin uyğun formada qəbulu, saxlanılması, yenilənməsi və paylaşılmasını təşkil etmək;
- Layihə daxilində müəyyən edilmiş sənəd formatlarına və sənədlərin mübadiləsi standartlarına riayət olunmasına nəzarət etmək;
- Şirkətdən çıxan sənədlərin göndərilməsini təşkil etmək və onların qeydiyyatını aparmaq;
- Şirkətə daxil olan sənədlərin qəbulu, ilkin işlənməsi, qeydiyyatı, aidiyyatı üzrə yönləndirilməsi və müvafiq məlumat bazalarında düzgün formatda saxlanılmasını təşkil etmək;
- Sənədlərin nömrələnməsi və identifikasiyası – texniki sənədlər müvafiq kodlaşdırılma sistemi ilə uyğun nömrələmək;
- Sənəd mübadiləsinin layihə daxili sənədlərə nəzarət proseduruna uyğun aparmaq;
- Vaxtı keçmiş sənədlər haqqında komanda üzvlərini məlumatlandırmaq;
- Tanışlıq/Təhvil-Təslim iclaslarını təşkil etmək və həmin iclaslarda iştirak edib qeydləri aparmaq;
- Podratçı və icraçı şirkətlərlə sənədləşmə işlərinin koordinasiyasını, onların lazımi sənəd və sənəd nümunələri ilə təmin edilməsini təşkil etmək;
- Texniki sənədlərə nəzarətə dair icraçı şirkətlərə təlimlərin keçirilməsini təşkil etmək;
- Təsdiq olunmuş müqavilələrin uyğunluğunun yoxlanılması və qeydiyyata salınması;
- Layihənin təhvil-təslim zamanı sənədləşdirmənin düzgün aparılmasını təşkil etmək;
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər;
- İş yeri: Bakı şəhəri, Xətai ray., Yeryomenko 73;
- 5 günlük iş rejimi (bazar ertəsi – cümə) ;
- İş vaxtı: 09:00 – 18:00.
Требования
- Ali təhsil;
- Sənədlərə nəzarət üzrə ən azı 3 il iş təcrübəsi (mülki-sənaye tikinti sahəsində iş təcrübəsi arzuolunandır);
- Dil bilikləri: Azərbaycan dili-səlis, ingilis dili-yüksək ( rus dili biliyi arzuolunandır);
- Kompüter bacarıqları: MS Office;
- Yüksək səviyyədə işgüzar yazışma bacarığı;
- Komandada işləmək və ünsiyyət bacarığı.
Административный, Бизнес, Менеджмент
Инжиниринг