AzerGold CJSC

Sektor müdiri

По соглашению
Полн. занятость
Баку, Азербайджан
15.05.23 - 14.06.23

O работе

  • İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsi, texniki dəstək sektoru;
  • Sektorun fəaliyyətinə rəhbərliyi həyata keçirir və onu təmsil edir, o cümlədən sektor adından sənədləri imzalayır, sektora razılaşdırma üçün daxil olan sənədlərə viza verir;
  • Sektorun fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş tapşırıqların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
  • Sektorun fəaliyyətinin təşkili ilə əlaqədar əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra xidmət intizamına riayət edilməsinə nəzarət edir;
  • Sektorun fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür;
  • Tapşırıqların icrası zamanı zəruriyyət olduqda sektor və şöbə əməkdaşlarına dəstək göstərir;
  • Sektorun əməkdaşlarının fəaliyyətini qiymətləndirir, əməkdaşların təlim və sertifikasiya tələblərini formalaşdırır;
  • Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
  • Sektorun fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür; 
  • Cəmiyyətin İnformasiya texnologiyaları sahəsində siyasətini, habelə proseduraların və qaydaların hazırlanmasında və iştirak edir;
  • Cəmiyyətin texniki dəstək sahəsinə aid olan layihələrin icrasını təmin edir;
  • İnformasiya texnologiyaları şöbəsinin əsasnaməsində qeyd edilən vəzifələri icra edir;
  • Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00.

Требования

  • Təhsil: Ali (informatika, kompüter elmləri, rabitə, telekommunikasiya sahələri və ya mahiyyətcə yaxın mühəndislik sahələri üzrə);
  • Təcrübə: İT üzrə texniki dəstək sahəsində ümumi olaraq ən azı 5 il;
  • Dil bilikləri: Azərbaycan dili səlis, rus və ingilis dilləri (texniki səviyyədə) arzuolunandır;
  • CCNA üzrə biliklər arzuolunandır;
  • Qeyd olunan sertifikatlardan ən azı biri - CompTIA (A+, Network+, Security+, Linux+ və s.), İTİL, Microsoft Client, Server ƏS aid hər hansı biliklər arzuolunandır; 
  • Proqram təminatı üzrə (Manage Engine, Solarwinds, OTRS) üzrə biliklər arzuolunandır;
  • Şifahi, yazılı ünsiyyət bacarıqlarının üstün səviyyədə qurmaq bacarığı;
  • Bütün səlahiyyət səviyyələrində olan son istifadəçilərlə səmərəli işgüzar münasibətləri qurmaq bacarığı;
  • Korporativ mühitdə istifadə olunan sistem və şəbəkə üzrə ən azı nəzəri biliklər;
  • Windows Server ƏS üzrə basic, client tipli ƏS üzrə isə administrator səviyyəsində biliklər;
  • “MacOS” ƏS üzrə peşəkar biliklər;
  • PC, noutbukların təmiri üzrə (hardware) biliklər;
  • Liderlik qabiliyyəti, məsuliyyət, dürüstlük, dəqiqlik və etibarlılıq, həm müstəqil həm də komandada işləmə təcrübəsi, eyni vaxtda bir neçə işə fokuslana bilməsi.


Срок действия задания истек

Похожие вакансии