Zeta Group

Satış təmsilçisi (The Entertainer oyuncaq mağazalar şəbəkəsi)

550 ₼ 185
Полн. занятость
Баку, Азербайджан
18.10.24 - 18.11.24

O работе

The Entertainer mağazalar şəbəkəsinə aktiv və müştəri yönümlü Satış məsləhətçiləri axtarırıq.Satış məsləhətçisinin vəzifəsinə müştərilərlə xoş ünsiyyət qurmaq ,onların ehtiyaclarını anlamaq, məhsullar haqqında düzgün məlumat vermək, hədəflərə çatmaq və mağazanın satışlarını artırmaq daxildir.

Əsas vəzifə öhdəlikləri:

  • Müştərini brend, məhsul çeşidi haqqında məlumatlandırmaq və məhsul seçimində köməklik göstərmək ;
  • Malları vitrin və ya rəflərə səliqəli düzmək;
  • Mağaza tərəfindən malların qəbulunda köməklik etmək;
  • Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli və bütün malların qiymətinin yerində olmasından cavabdeh olmaq;
  • Satış apararkən daim düzülüşə nəzarət etməli və vitrin boşluqlarını aradan qaldırmaq;
  • Mağazanın qarşısına qoyulan hədəfləri və satış planlarını həyata keçirmək.

İş şərtləri:           

  • Şirkət tərəfindən uniforma verilir;
  • Əmək haqqı+ satışdan bonuslar;
  • İş günü: 5 günlük-növbəli qrafik, həftəiçi 2 gün istirahət.

Təklif edirik:

  • Karyerada yüksəliş imkanları.

Mağaza ünvanları: CRESCENT MALL , PORT BAKU MALL , QIŞ PARKI , DƏNİZ MALL

 

 

Требования

  • 18-27 yaş arası xanım və bəy namizədlər;
  • Müvafiq satış sahəsində ən azı 1 il iş təcrübəsi;
  • Azərbaycan və rus dili əla, ingilis dili olması üstünlükdür;
  • Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil, məsuliyyətli.

Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Satış məsləhətçisi” yazaraq  göndərmələri xahiş olunur.



Похожие вакансии