Bakinity Distribution MMC

Satış əməliyyatları üzrə mütəxəssis (korporativ)/ Специалист по продажам (корпоративный)

По соглашению 439
Полн. занятость
Баку, Азербайджан
25.12.24 - 25.01.25

O работе

  • İşin prioritetini və ardıcıllığını müəyyənləşdirmək və iş vaxtını səmərəli şəkildə bölüşdürmək;
  • İş vaxtının bölüşdürülməsində köməklik etmək;
  • Tərəfdaşları, müştəriləri, ziyarətçiləri, şöbə rəhbərlərini və işçilərini planlaşdırılan tədbirlər və planlar haqqında məlumatlandırmağın ən optimal yollarını seçmək;
  • Rəhbərlik və qarşı tərəf arasında görüşlər təşkil etmək;
  • Rəhbərlik olmadığı müddətdə şöbəyə həvalə edilmiş işin yerinə yetirilməsini təmin etmək;
  • Təşkilat daxilində ünsiyyət üçün müəyyən edilmiş qayda və prosedurlardan istifadə etmək;
  • Təşkilatın və liderin müsbət imicini yaratmaq və saxlamaq;
  • Məlumat məxfiliyi təmin etmək, məxfi məlumatı məxfi saxlamaq;
  • İnformasiya ilə işləmək, təhlil etmək və sistemləşdirilmiş formada təqdim etmək;
  • Sürətli yazı və qeyd bacarıqlarını tətbiq etmək;
  • İnformasiya təminatının dolğunluq, etibarlılıq və operativlik meyarlarına uyğun olaraq məlumat mənbələrini təhlil etmək və seçmək;
  • Müəyyən edilmiş tələblərə uyğun olaraq məlumatları toplamaq, emal etmək və təhlil etmək;
  • Mövcud verilənlər bazalarında məlumatların axtarışı, axtarış xüsusiyyətlərinin müxtəlif kombinasiyası əsasında məlumat və arayış işlərinin aparılması;
  • İnformasiya ehtiyatlarından istifadə etmək və məlumatları müəyyən edilmiş meyarlara uyğun sistemləşdirmək;
  • Daxil olan məlumatlar və qiymət təhlili əsasında kommersiya təklifləri tərtib etmək;
  • Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
  • Materialın məntiqi ardıcıllıqla təqdim edilməsi;
  • Azərbaycan dilində sənədlərin mətnini redaktə etmək;
  • Həftəlik və aylıq hesabatların rəhbərliyə təqdim edilməsi;
  • Məhsul və xidmətlər haqqında prezentasiyaların hazırlanması;
  • Korporativ müştərilərlə əlaqələrin qurulması və saxlanılması;
  • Müştəri sifarişlərinin qəbul edilməsi, işlənməsi və izlənməsi;
  • Satış əməliyyatlarının gündəlik idarə edilməsi və optimallaşdırılması;
  • Korporativ müştərilər üçün məhsul və xidmətlərin təqdimatı;
  • Müştəri məmnuniyyətinin təmin edilməsi üçün əməliyyatların təkmilləşdirilməsi;
  • Satış məlumatlarının analiz edilməsi, hesabatların hazırlanması və təqdim edilməsi;
  • İclasların və konfrans tədbirlərinin protokollarını tərtib etmək, iştirakçıların siyahısını, gündəliyi, iştirak vərəqələrini və yekun sənədlərin layihələrini hazırlamaq, məlumat, sənəd və materialları konfrans tədbirinin iştirakçılarına ötürmək.

Требования

  • Ali təhsil (biznes, menecment, və s. oxşar sahələr üzrə);
  • Müvafiq sahə üzrə 3 ildən az olmayaraq iş stajı (İT sahəsi);
  • Microsoft Office proqramları (Word, Excel, PowerPoint, Outlook və s.) ilə işləmə bacarığı;
  • Azərbaycan və rus dillərində sərbəst səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı (ingilis dili arzuolunandır);
  • 1 C və CRM proqram təminatlarında işləmə bacarığı;
  • Komandada işləmək, işgüzar danışıqlar və yazışmaları aparmaq bacarığı;
  • Analitik düşüncə və yüksək ünsiyyət qabiliyyəti;
  • Öz fəaliyyətini nümayiş etdirmək, sahəsi üzrə yeni biliklər öyrənmək istəyi və bacarığı.

Похожие вакансии