Баку,
Азербайджан
26.11.24
-
26.12.24
O работе
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq Dövlət satınalmalarının vahid internet portalı (www.etender.gov.az) vasitəsilə elektron satınalmaları təşkil etmək və iştirakı təmin etmək;
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderləri müəyyən etmək və bu barədə rəhbərliyi məlumatlandırmaq;
- Bazar qiymətlərini araşdırmaq, analiz etmək və tələbatı müəyyənləşdirmək;
- Tender protokollarını hazırlamaq;
- Satınalma ilə bağlı sənədləri, təqdimatları və hesabatlılığı hazırlamaq;
- Daxil olan tender təkliflərinin, kotirovkaların qeydiyyatını aparmaq və onların aidiyyatı üzrə saxlanılmasını təşkil etmək;
- Şirkətin iştirak etdiyi tender üzrə tələb olunan sənədləri və məlumatı müvafiq şöbələrdən toplamaq, operativ şəkildə hazırlamaq, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim etmək;
- Tender prosesində şirkəti təmsil etmək;
- Şirkətin iştirak etmək istədiyi tenderin Əsas Şərtlər Toplusunu nəzərdən keçirmək, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi və bunun nəticəsi olaraq baxılan tenderdə şirkətin iştirak imkanları haqqında ilkin analizin nəticələri haqqında rəhbərliyi məlumatlandırmaq;
- Tender təklifinin hazırlanması zamanı satınalan təşkilatın tender komissiyası ilə yazışmalar aparmaq, daxil olan sualların vaxtında və düzgün cavablandırılmasını təmin etmək;
- Tender və sorğu proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatları hazırlamaq;
- Müştəri bazasını genişləndirmək;
- Rəhbərliyin aidiyyatı xarakterli digər tapşırıq və göstərişlərinin yerinə yetirmək;
- Nahar yeməyi və korporativ nömrə təminatı;
- İş yeri: Bakı şəhəri, H.Əliyev pr.189 (Baku City Residence);
- İş rejimi: 6 günlük, şənbə qısaldılmış iş günü.
Требования
- Təhsil: Bakalavr dərəcəsi, maliyyə və ya digər texniki təhsil;
- İş təcrübəsi: Tikinti sahəsində müvafiq vəzifə üzrə azı 2 il;
- Dil bilikləri: Azərbaycan dili -mükəmməl, bir xarici dil - sərbəst səviyyədə;
- Kompüter bilikləri: MS Office proqramları və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;
- Proqram təminatı: 1 C 8.3 versiyasında sərbəst işləmə qabiliyyəti;
- Məsuliyyət, punktuallıq və çeviklik;
- Analitik düşünmə və problemin düzgün həlli bacarığı;
- Planlama, vaxtın düzgün idarə edilməsi;
- Güclü ünsiyyət qurma, yüksək səviyyədə təqdimat etmək və danışıqlar aparmaq qabiliyyəti;
- Əmək və nizam - intizam qaydalarına yüksək səviyyədə əməl edilməsi;
- Komandada işləmək bacarığı;
- Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (şəkil əlavə olunması mütləqdir) elektron poçtuna göndərə bilər. Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur;
- Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək və elanda göstərilən tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
Снабжение
Строительство