Baku Steel Company CJSC

Satınalmanın təşkili şöbəsinin baş mütəxəssisi

По соглашению
Полн. занятость
Баку, Азербайджан
23.05.23 - 22.06.23

O работе

  • Maddi-texniki təchizatın perspektiv və cari plan, balans layihələrinin hazırlanmasına, müəssisə və onun bölmələrinin təmir-istismar ehtiyaclarının, həmçinin maddi resurslara  olan tələbatın müəyyənləşdirilməsi əsasında mütərəqqi xərc normalarından istifadə etməklə lazımi zəruri ehtiyatlarının qarşılanmasına rəhbərlik edir;
  • Ehtiyac olan mallarla bağlı keyfiyyətinin maddi-texniki təchizatı üzrə müəssisə standartlarının hazırlanmasına rəhbərlik edir;
  • Yerli və xarici bazarın monitorinqini aparır;
  • Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarının tapılması istiqamətində fəaliyyət göstərir;
  • Cari satınalma planının təqvim planına uyğun olaraq yerinə yetirilməsi məqsədilə lazımi işləri görür;
  • Yaranan problemlər barədə rəhbərliyi vaxtında məlumatlandırır, problemlərin səbəblərini araşdırır və gələcəkdə yarana biləcək problemlərin profilaktikası məqsədilə önləyici fəaliyyət həyata keçirir;
  • Cəmiyyət tərəfindən qəbul olunmuş daxili əmək intizamı qaydalarını yerinə yetirmək;
  • ISO 9001(keyfiyyət idarəetmə sistemi) standartı barədə ümumi məlumatı, o cümlədən müəssisənin siyasət və məqsədlərini bilmək.

Требования

  • Təhsil: Ali (iqtisadi, mühəndis-iqtisadi və ya humanitar);
  • Təcrübə: Satınalma sahəsində 5 ildən çox;
  • Kompüter bacarıqları: Microsoft Office bacarıqları;
  • Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərini şifahi və yazılı mükəmməl səviyyədə bilmək;
  • Texniki təhlükəsizlik, əməyin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarına riayət etmək;
  • Sürətli templi, yüksək həcmli mühitdə müstəqil və komanda ilə işləmək bacarığı;
  • Sağlam tənqidi düşünmə və problem həll etmə bacarığı;
  • Əla ünsiyyət və insanlarla əlaqələr bacarığı;
  • Güclü şəxsiyyətlərarası, təşkilatçılıq və təqdimat bacarıqları.


Срок действия задания истек

Похожие вакансии