Баку,
Азербайджан
15.03.23
-
14.04.23
O работе
- Ehtimal olunan qiymətin hesablanması üçün bazar araşdırılmasının aparılması və müvafiq formanın təsdiq etdirilməsi;
- Müəssisənin mallara (işlərə və xidmətlərə) olan təlabatının müəyyənləşməsində iştirak;
- Elektron satınalmalar portalında və dövlət qəzetlərində satınalma proseduru ilə bağlı elanların yerləşdirilməsi;
- İxtisaslaşmış mal göndərənlərin siyahısının hazırlanması və onlara dəvət məktublarının göndərilməsi;
- Dövlət satınalmalar haqqında qanunun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsi;
- Tenderin nəticəsi ilə bağlı yekun protokolun müvafiq dövlət orqanına göndərilməsi və qeydiyyata alınması ilə bağlı prosesin nəzarətdə saxlanılması;
- Tenderin nəticəsi ilə bağlı bildirişin və müqavilə məlumatının qanunda müəyyən edilmiş müddət ərzində elektron satınalmalar portalında yerləşdirilməsinin təmin edilməsi və iddiaçı şirkətlərə bununla bağlı aksept və məlumat xarakterli məktubların göndərilməsi;
- Tender komissiyasının işinin təşkili, iddiaçılardan daxil olan sorğuların cavablandırılması;
- Satınalma müqavilələrinin hazırlanması, təsdiq etdirilməsi, əlavə və dəyişikliklərin hazırlanması, ləğv edilməsi, icrasına nəzarət edilməsi və reyestrinin aparılması;
- Müqavilə imzalanması ilə bağlı qalib və digər iştirakçı təşkilatlara bildirişlərin göndərilməsi və podratçı təşkilatların təqdim etdiyi təminatların geri qaytarılması prosesinin həyata keçirilməsi;
- Agentlikdə həyata keçirilən satınalma prosedurları ilə bağlı rəhbərlik və digər dövlət orqanları üçün hesabatların hazırlanması;
- Xərclərin azaldılması məqsədilə təkliflərin verilməsi;
- Müqavilələrin icrasına və şərtlərinin yerinə yetirilməsinə nəzarət.
Требования
- Təhsil: Ali;
- Təcrübə: Müvafiq sahə üzrə minimum 2 il;
- Dil bilikləri: Azərbaycan dilini sərbəst bilməli, ingilis dili arzuolunandır;
- Kompüter bacarıqları: Word, Excel proqramları ilə işləmək bacarığı olmalıdır;
- Dövlət satınalmaları haqqında qanunvericiliyi bilməli;
- Etender.gov.az portalından istifadə təcrübəsi.
Административный, Бизнес, Менеджмент
Mенеджмент
Профессиональные услуги