Баку,
Азербайджан
18.05.23
-
17.06.23
O работе
- Müəssisənin fəaliyyətinin təşkil edilməsini təmin etmək üçün təsərrüfat, maddi-texniki məsələlərinin araşdırılmasını, mövcud bazar qiymətlərinin müəyyən edilməsi, əlverişli şərtlərin aşkar edilməsi üçün lazımi tədbirləri həyata keçirmək;
- Sifarişlərin qəbulu, təhlilini aparmaq, əməliyyat və nəzarət prosedurlarını həyata keçirmək və tədarük prosesində iştirak etmək;
- Tədarükçülərin araşdırılmasını, əlaqələrin yaradılmasını, sifarişlərin statuslarının izlənilməsi və vaxtı-vaxtında çatdırılmasını təmin etmək;
- Təchizat, satınalma müqavilələrin bağlanmasını və icrası uçotunun aparılmasını təmin etmək;
- Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasını aparmaq, təchizatçılarla qiymət təkliflərini şirkətin siyasətinə uyğun aparmaq;
- Təchizat proseslərinin gedişatı haqqında həftəlik, aylıq hesabatların hazırlanması;
- Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi və bençmarkinq, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
- Xərclərin azaldılması məqsədilə yeni təkliflərin verilməsi;
- Şöbənin müvafiq texniki təminatını təmin etmək üçün təmir və texniki xidmət üzrə iş sifarişlərini təqdim etmək;
- Şirkətdaxili formalaşdırılmış sifarişləri anbar ehtiyatları ilə müqayisə edib aidiyyatı şöbələri məhsullarla təmin etmək;
- Satınalma ilə bağlı tenderlərin təşkili və nəzarəti prosesini həyata keçirmək;
- Təchizatla əlaqədar rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək;
- Servis müəssisə tərəfindən təmin edilir;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 09:00 - 18:00;
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi 7 ci köndələn (Ulduz metro stansiyası yaxınlığı).
Требования
- Yaş: 25-45;
- Cinsi: Kişi;
- Təhsil: Ali texniki;
- Təcrübə: Müvafiq sahədə 3 il;
- Dil bilikləri: Azərbaycan dili sərbəst, ingilis dili yaxşı və rus dili yaxşı;
- Kompüter bacarıqları: Microsoft Office proqramları (Excel, Word, Powerpoint) əla səviyyədə;
- Dövlət satınalmaları haqqında qanunvericiliyi bilmək;
- Tender satınalma təchizat portalında işləmək bacarığı;
- Tender layihələrində iştirak;
- İntizamlılıq, dəqiqlik;
- Ünsiyyət qurma bacarığı və detallara fikir vermək qabiliyyəti;
- Operativlik, çeviklik;
- Təşkilatçılıq və koordinasiya etmə bacarığı.
Снабжение
Профессиональные услуги